Ölkə

Azərbaycanda alqı-satqı saytında şok elan: "Uşaq verilir" - FOTO

17 Aprel 2018 14:15
8 Şərh     Baxış: 4 173
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda tanınmış alqı-satqı saytlarından olan lalafo.az-da şok effekti doğuran qəribə elan yerləşdirilib.

Milli.Az xəbər verir ki, aprelin 17-də, saat 12:04-də saytda yerləşdirilmiş elanda dörd körpə uşaq şəkli yerləşdirilib və üzərində də "uşaq verilir" yazılıb.



Elanda satıcının əlaqə nömrəsi göstərilsə də, başqa məlumatlar yer almır.

Milli.Az məsələ ilə bağlı göstərilən nömrənin sahibi ilə əlaqə saxlayıb. Sualımızı cavablandıran telefonun sahibi olan xanım qeyd edib ki, onun bu elandan xəbəri yoxdur və bunu evin yeniyetmə uşağı zarafat üçün edib: "Bunu uşaq edib, guya zarafat üçün. Buna görə də nə qədər əsəbiləşmişik. Onu danlamışıq. Biz elanı siləcəyik. Bunu ciddi qəbul etməyin. Sadəcə, uşağın bilmədən etdiyi zarafatdır".

Pünhan Mirzə
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.