"Bu, eyni zamanda bütün dünyaya ismarıcdır"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı istər Rusiyanın TASS Agentliyinə son müsahibəsində qeyd etdiyi fikirlərdə, istərsə də bundan daha əvvəl cumhuriyyətimizin 100 illiyinin qeyd edilməsi ilə bağlı verdiyi sərəncamda Azərbaycan xalqına, onun tarixinə, keçmişinə, bu gününə və sabahına olan bir vətəndaş istəyi, sevgisi, fəxarət hissi ifadə olunur.
Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin üzvü, tarix elmləri doktoru, professor Fəzail İbrahimli deyib.

Millət vəkili hesab edir ki, dövlət başçısı həmişə Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı keçirilən tədbirlərdə cümhuriyyətlə bağlı kifayət qədər ətraflı, məntiqli, əhatəli və layiqli fikirlər söyləyib: "AXC-nın 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı verilən sərəncam da cümhuriyyət yaradıcılarının ruhuna bir ehtiram və töhfə, dövlətçiliyimizin tarixinə baxış, keçmişə nəzər salmaq, gəncləri gələcəyə ruhlandırmaqdır. Bu, eyni zamanda, bütün dünyaya ismarıcdır. Dövlət başçısı bununla bəyan edir ki, ey bizə demokratiya dərsi keçmək istəyənlər, hələ sizdə demokratiya haqqında anlayış olmayanda bizim babalarımız 100 il əvvəl demokratik prinsiplər əsasında dövlət qurublar".

Professorun sözlərinə görə, biz bu gün varlığımıza görə məhz cümhuriyyət qurucularına minnətdar olmalı və onlarla fəxr etməliyik: "Bugünkü Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Bunu hələ ümummilli lider Heydər Əliyev də qeyd etmişdi. Yəni biz cümhuriyyət qurucularının övladlarıyıq. Əgər biz bu gün varıqsa, o babalarımıza minnətdarıq. Bu gün müstəqil dövlətimizin, paytaxtımızın, varlığımızın əsasının hamısı o dövrdə qoyulub. Bir anlığa təsəvvür edin ki, Azərbaycan Xalq Cümhuriyyəti yaranmayasaydı, nələr olardı... Böyük dövlətlərin marağı var idi ki, Azərbaycanı parçalasınlar, Bakıya Dərbəntin taleyini yaşatsınlar. Ermənilər Qarabağa, gürcülər Zaqatala tərəfə göz dikmişdilər, Kürdən cənuba da İranın öz istəyi vardı. Azərbaycan kiçik bir əyalət formasında mövcud olmaq təhlükəsi qarşısında idi. Yəni zaman məsələni çox sərt qoymuşdu - Ya ayağa qalxıb öz tarixinə, dövlətinə, dövlətçiliyinə, itirilmiş ərazilərinə sahib ol, ya da parçalan, bölün, mayeyə dön və böyük dövlətlərin əyri qablarının tutumunu al! Bax, Azərbaycanın üzərinə belə tarixi qoyulmuşdu. Bu həqiqəti dərk edən, millətin taleyinə bütün varlığını, cismani mövcudluğunu qurban verməyə hazır olan, Avropanın qabaqcıl düşüncəsinə və Qərb təhsilinə yiyələnmiş bir qrup ziyalımız qərib məmləkətdə - Tiflisdə Azərbaycanın müstəqilliyini elan etdilər. Bununla onlar Azərbaycanın varlığını xilas etdilər, millətin şərəf və ləyaqətini, namusunu qorudular. Ancaq ordusu, paytaxtı olmayan bir məmləkətə bu eşq, bu istək yarımçıq qala bilərdi. Yəni əgər 1918-ci ildə sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını erməni daşnakları və bolşeviklərdən azad etməsəydi, müstəqillik bəyannaməsi tariximizdə, sadəcə, bir arxiv materialı kimi qalacaqdı. Bütün bu böyük çətinliklərdən çıxdıqdan sonra Azərbaycan öz istəyinə nail oldu. Bu xalq Şərqdə, İslam və türk dünyasında ilk dəfə olaraq, hələ Avropanın da gəlib çata bilmədiyi səviyyədə demokratik düşüncə və qanun prinsiplərinə söykənən bir dövlət yaratdı. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı, amma bu müddət ərzində 23 ildə görülməsi mümkün olan işləri gördü. Ən əsası, Azərbaycanın bütün atributlarını yaratdı, üçrəngli bayrağını qaldırdı. Təəssüf ki, 1920-ci il aprelin 28-də süquta uğradı. Lakin Azərbaycan 1991-ci ildə öz müstəqilliyini yenidən həmin sərhədlər, həmin paytaxt, həmin bayraq, həmin əxlaq əsasında elan etdi".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində bildirib:
Siyasi islahatlar üçün qısa müddətdə çox böyük işlər görülüb. Təkcə bunu qeyd etmək kifayətdir ki, qadınlara səsvermə hüququ Avropa ölkələrinin çoxundan xeyli əvvəl verilib, bir sıra başqa mühüm qərarlar qəbul edilib. Əlbəttə, bu gün geriyə nəzər salanda birinci cümhuriyyətin banilərini minnətdarlıq hissi ilə xatırlayırıq, lakin onun aqibətindən daim ibrət dərsi almalıyıq. Bu cümhuriyyət iki ildən bir qədər az mövcud olub və biz, əlbəttə ki, bu dərsləri unutmamalıyıq.
Buna görə biz bu gün Azərbaycanın müstəqilliyini, suverenliyini, iqtisadi potensialını, beynəlxalq nüfuzunu möhkəmlətmək üçün, Azərbaycanın həmişə təkcə forma etibarilə deyil, həm də mahiyyət etibarilə müstəqil olması üçün nə mümkündürsə edirik. Düşünürəm ki, əgər birinci demokratik respublikanın əsasını qoyanlar bugünkü Azərbaycanı görə bilsəydilər, onlar bizim ölkəmizlə fəxr edərdilər".
İlkin İzzət
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Uğurumun 90 faizi Röya ilə bağlıdır” - Hüseyn Məhəmmədoğlu
-
Sakinlər "Osmanlı hamam" istirahət məkanının fəaliyyətindən şikayətçidirlər - (Video)
-
Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dəhşətli qətllə bağlı yeni detallar - (Video)
-
Yardımlıda qaz olmayacaq
-
Nagihan estetik əməliyyatdan sonra - (Foto)
XƏBƏR LENTİ
-
Hər gün banan yemək qan təzyiqinə necə təsir edir?
-
İnternetlə qoxuları da hiss edə biləcəyik
-
“Uğurumun 90 faizi Röya ilə bağlıdır” - Hüseyn Məhəmmədoğlu
-
Sakinlər "Osmanlı hamam" istirahət məkanının fəaliyyətindən şikayətçidirlər - (Video)
-
Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
-
Dəhşətli qətllə bağlı yeni detallar - (Video)
-
Yardımlıda qaz olmayacaq
-
Ən bərk əti belə pambıq kimi edir: Qazana bircə çay qaşığı əlavə edin
-
Nagihan estetik əməliyyatdan sonra - (Foto)
-
Günün qoroskopu: Köhnə dostlarınızla görüşməyiniz mümkündür
-
Bərdənin Ermənistan tərəfindən dördüncü dəfə raket hücumuna məruz qalmasının ildönümüdür
-
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
-
Seçkidə məğlubiyyətindən sonra ailəsi ilə ABŞ-yə qaçdı
-
Qadın evində qətlə yetirilib, qohumu tutulub - (Video)
-
Rafet El Roman evlənmədən mirasını övladlarına verdi: "Milyonçudurlar"
-
Ulduz futbolçu "Barselona"ya qayıtmaq arzusundadır
-
Salyanda ailə faciəsi - anası, atası və qardaşı arvadını bıçaqladı - (Video)
-
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Naxçıvanda 17 yaşlı oğlan bıçaqlandı
-
Kəmaləddin Heydərov Ramin Orucova vəzifə verdi
-
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
-
Beynəlxalq Muğam Mərkəzində Qalina Vişnevskayanın 100 illiyi qeyd olunub - (Foto)
-
Qeyri-adi rəssam Tural Bayramovun emalatxanasından reportaj: dünyanı eşitmədən də ona gözəllik bəxş etmək olar - (Foto)





