Yunus Oğuz: "Hay-küy salmaqla Azərbaycan dövlətini yolundan sapdıra bilməyəcəklər"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hay-küy salmaqla Azərbaycan dövlətini yolundan sapdıra bilməyəcəklər.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Olaylar" İnformasiya Agentliyi və "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz "İnternet mediada milli-mənəvi dəyərlərin qorunması və neqativ hallara qarşı media həmrəyliyi" mövzusunda keçirilən "dəyirmi masa"da çıxışı zamanı deyib.
Y.Oğuz qeyd edib ki, hər dəfə dövlət əhəmiyyətli seçkilər keçiriləndə, yaxud xarici dövlətlərə məxsus olan hansısa təşkilatın Azərbaycanla bağlı illik hesabatı yaxınlaşanda bəzi, xüsusilə Avropa dövlətlərində yaşayan mühacirlərimizdən öyrədilmiş, ələ alınmış bir neçə nəfər sosial şəbəkələrdə daha da canfəşanlıq göstərir, aldığı qrant pulların yuyulması naminə tənqid əvəzinə dövlət, hökumət, seçkilər zamanı isə namizədlərə qarşı söyüş, təhqir üsullarından istifadə edirlər:
"Bu da səbəbsiz deyil. Bəllidir ki, mühacirlər bir neçə qismə bölünürlər. Birinci qisim sovet dönəmindən köç edən mühacirlər və onların övladlarıdır. Belələri müstəqil Azərbaycan dövlətinin nə olduğunu gözəl anlayır və müxtəlif təşkilatlar yaradaraq, yaxud da təkbaşına hökumət qurumları ilə fəal əməkdaşlıq edir, eyni zamanda lobbiçiliklə məşğul olurlar. İkinci qisim biznes fəaliyyəti ilə məşğul olan mühacirlərdir. Onlar da bizneslərini genişləndirmək üçün Azərbaycana sərbəst gəlib-gedə bilərlər. Üçüncü qisim mühacirlər hansısa səbəbdən burada yaşamaq istəməyən (bura sosial, iqtisadi, siyasi, psixoloji, mənəvi, dini və başqa səbəblər daxildir) və Azərbaycandan köç edənlərdir. Ən ziyanlısı isə müxtəlif təşkilatlar tərəfindən ələ alınmış, özünküləşdirilmiş, dövlətin əleyhinə hazırlanmış dördüncü qisim mühacirlərdir. Belə mühacirlər maşa rolunu oynayırlar. Bu maşaları bir neçə əl tutur və onlar həm daxildən, həm də xaricdən idarə olunurlar".
Onun sözlərinə görə, elə ki, dövlətimizin yürütdüyü siyasət, yaxud seçkilər zamanı maşa sahiblərinin xoşuna gəlmir, bu zaman sahibləri ocağın üstünə yeni neft tökür, alovlandırır, sosial şəbəkələrdə, yaxud əllərində olan kütləvi informasiya vasitələrindən istifadə edərək, ağızlarına və ağıllarına gələn hədyanlar danışır, təhqirlər edir, bununla da dövlət qurumlarına və onun başçısına təsir göstərmək istəyirlər:
"Bir maşa sahibinin məqsədi Azərbaycana siyasi təsir göstərmək, onların istəklərinə uyğun siyasi qərar verməyə nail olmaqdırsa, digər maşa sahibi iqtisadi marağına görə bu işə fəal qoşulur. Hansısa səbəbdən Azərbaycandan uzaqlaşan məmur və ya övladları əllərindən çıxan sərvətləri başqa dövlətlərin vasitəsilə geri qaytarmaq, yaxud yenidən sərvət yığmaq üçün özünü mövcud iqtidara düşmən sayır və başqa dövlətlərin köməyilə hakimiyyətə gəlmək istəyir. Üçüncü maşa sahibinin isə məqsədi Azərbaycanda oturub sadaladığım hər iki maşa sahibindən para almaq, burada maşa rolunu oynamaq istəyənləri bu işə cəlb etmək, onları hazırlamaq, sonra isə siyasi mühacir adı ilə xaricə göndərməkdir. Bu maşa rolunu oynayanlar üçün heç bir fərqi yoxdur ki, onlara pulu və əmri kim verir; erməni, ingilis, yoxsa rus? Onlar üçün fərq etmir, kimi söyürlər, təhqir edirlər; dövləti, vətəni, milləti, yaxud ayrı-ayrı fərdləri? Təki pul verilsin, şərait yaradılsın, söymək asandır. Amma düşünürəm ki, onların uzunmüddətli istifadəsi bu maşa sahiblərinə sərf etmədiyindən tezliklə xərclənib bitəcəklər".
Y.Oğuz istisna etmir ki, maşa sahibləri bu maşa rolunu oynayanlardan birini öldürüb, suçunu Azərbaycan dövlətinin üstünə yıxa bilərlər və elan edərlər ki, tənqidə görə kimsə öldürüldü: "Hay-küy salmaq onların çoxdankı peşəsidir. Ancaq bununla Azərbaycan dövlətini yolundan sapdıra bilməyəcəklər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Əlilliyi olan şəxslərlə bağlı yeni qərar - Tələb ləğv edildi
-
Azərbaycanda yeni orfoqrafiya lüğəti hazırlanır: Hansı sözlərin yazılışı dəyişəcək?
-
Boşanmaların sayına görə ilk sırada hansı rayon gəlir?
-
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib - (Yenilənib)
-
Şəhriyar Əbilov: "Bu, nə idi yaşadığım? Nur içində yat"
-
Bakıda hoteldə 46 yaşlı kişi öldü
XƏBƏR LENTİ
-
Əlilliyi olan şəxslərlə bağlı yeni qərar - Tələb ləğv edildi
-
Azərbaycanda yeni orfoqrafiya lüğəti hazırlanır: Hansı sözlərin yazılışı dəyişəcək?
-
Boşanmaların sayına görə ilk sırada hansı rayon gəlir?
-
Simeone La Liqada tarixi rekorda imza atdı
-
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib - (Yenilənib)
-
Şəhriyar Əbilov: "Bu, nə idi yaşadığım? Nur içində yat"
-
Bakıda hoteldə 46 yaşlı kişi öldü
-
Sılanın əzələli görünüşü diqqət çəkdi - (Video)
-
Qəzetlərə çap üçün aylıq 5 000 manat, saytlarına isə 3 000 manat dəstək veriləcək
-
Bakıda pirotexniki vasitələr aşkar edildi
-
“Heç kimin insanların həyatını təhlükəyə atmağa haqqı yoxdur”
-
Nəfəs Pünhanla yayılan videosuna açıqlama verdi
-
“Diqlas”ın yerində yeni ticarət mərkəzi tikilir - (Foto)
-
Faiq Məmmədov qəfil vəfat etdi
-
Bakıda söküntü zamanı faciə: 30 yaşlı kişi 3-cü mərtəbədən yıxılıb öldü
-
Ələtdə hava limanının tikintisinin başa çatacağı vaxt açıqlandı
-
APEC Sammiti: Si Cinpinin təklifləri dünya ticarəti və Azərbaycan üçün nə vəd edir?
-
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq öldü
-
Azərbaycan-Vyetnam əlaqələri gələcəyə hesablanmış münasibətlərin nəticəsidir - Kamaləddin Qafarov
-
Vəfadan toyu ilə bağlı açıqlama: "Sevgilimdən evlilik təklifidir" (Video)
-
Marketdən oğurladığı enerji içkilərini 160 manata satdı - 23 sutka həbs verildi
-
Astarada 3 nəfər 10 kiloqramdan çox narkotiklə saxlanıldı
-
Pünhan Piriyevlə Nəfəsin müzakirə yaradan səmimi görüntüsü (Video)
-
Eyni mənzili bir neçə nəfərə satdı, həbs olundu - Tanınmış şirkət rəhbəri saxlanıldı





