"Yaxın aylarda yenidən vulkan püskürə bilər"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda ötən ildən palçıq vulkanlarının püskürməsində aktivlik müşahidə edilir. 2018-ci ilin əvvəli də Azərbaycanda palçıq vulkanlarının aktivləşməsi ilə səciyyələnir.
Milli.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun (GGİ) Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.
Onun sözlərinə görə, Azərbaycanda hər il ərzində 2-4 palçıq vulkanı püskürür. Ancaq bəzi illərdə seysmik aktivlik artıqda palçıq vulkanlarının püskürməsi halları da artıb:
"Azərbaycanda palçıq vulkanlarının püskürməsinin əsas səbəbi zəlzələlərdir. Seysmik aktivlik artıqda palçıq vulkanlarının püskürməsi halları da çoxalır. Məsələn, 1926-cı ildə ölkədə il ərzində 8, 1986-cı ildə 12, 2004-cü ildə 9 püskürmə olub. 1986-cı ildən 1989-cu ilə qədər ölkədə seysmoloji aktivlik yüksək olduğundan palçıq vulkanlarının püskürməsi hallarının da sayı çox olub. 2000-ci ildə noyabrın 25-də Bakıda baş verən güclü zəlzələ nəticəsində 2001-ci ilin may ayına qədər yeraltı təkanlar qeydə alınıb. Ona görə də bu müddətdə rekord səviyyədə 16 püskürmə baş vermişdi".
2004-cü ildə vulkan püskürməsi baxıçımdan "sakitlik" dövrünün müşahidə edildiyini deyən A.Əliyev qeyd edib ki, 2017-ci ildən başlayaraq, ölkədə palçıq vulkanlarının püskürməsində yenidən aktivləşmə qeydə alınır. 2017-ci ildə yalnız yanvar ayından iyun ayınadək 7 püskürmə qeydə alınıb:
"Bu da rekord səviyyədir. Çünki adətən, il ərzində 7 püskürmə olduğu halda, həmin ildə 6 ay ərzində bu qədər sayda püskürmə baş verib".
A.Əliyev bildirib ki, bu il yanvar ayının 15-dən 16-na keçən gecə Şamaxıda Quşçu, martın 1-də Qobustanda Torağay vulkanı püskürüb: "Mən güman edirəm ki, bu bölgədə müşahidə edilən aktivləşmənin nəticəsi kimi biz yaxın aylarda yenə də palçıq vulkanının püskürməsini müşahidə edəcəyik".
Alim əlavə edib ki, Azərbaycanda palçıq vulkanlarının aktivləşməsi daha çox Şamaxı-Qobustan regionunda, xüsusilə Qobustanda müşahidə edilir.
O hesab edir ki, palçıq vulkanlarının püskürməsinə səbəb olan seysmoloji aktivlik vulkana yaxın ərazidə qeydə alınmalıdır:
"Hesab etmirəm ki, Zaqatalada baş verən zəlzələ Bakıda vulkanın püskürməsinə səbəb ola bilər. Vulkan zəlzələnin episentrindən 80-100 km-lik məsafəyədək yerləşirsə, onda bu ərazidə baş verən zəlzələ vulkanın püskürməsinə səbəb olur".
A.Əliyev əlavə edib ki, hazırda Azərbaycanda 353 palçıq vulkanı var. Onun 200-ü quruda, 154-ü dənizdədir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ucuz məhsul baha başa gəldi - "Dedi ki, pulu atın göndərirəm" - (Video)
-
Bakıda yarım əsrdən çox yaşı olan park məhv olur
-
Bülbülə gölü daşdı, evləri su basdı - (Video)
-
“Çətin gün idi, həkimlərimə təşəkkür edirəm” - Leyla Quliyeva
-
Kürdəmirdə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib - (Foto)
XƏBƏR LENTİ
-
Ucuz məhsul baha başa gəldi - "Dedi ki, pulu atın göndərirəm" - (Video)
-
Hikmət Hacıyev və Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə ediblər
-
Azərbaycan millisi 3-cü qolu vurur - Yenilənir
-
İran Hörmüz boğazı yaxınlığında ABŞ-a məxsus PUA-nı vurduğunu açıqlayıb
-
Bakıda yarım əsrdən çox yaşı olan park məhv olur
-
“Məni vursalar, sizin də axırınız çatacaq” - Tramp
-
Bülbülə gölü daşdı, evləri su basdı - (Video)
-
“Çətin gün idi, həkimlərimə təşəkkür edirəm” - Leyla Quliyeva
-
Emin Mahmudov Azərbaycan millisi ilə vidalaşdı - (Video)
-
Kürdəmirdə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib - (Foto)
-
Şahin Əliyev vəfat etdi - (Foto)
-
Şəmkirdə evdən kişi və qadın meyiti tapılıb
-
Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi
-
Bakı İcra Hakimiyyətində dəyişikliklər: Yeni təyinatlar...
-
Həbib Nurməhəmmədov Usmanı həbsdən azad etdirdi
-
Robert Pattinson Yeni Ceyms Bond seçildi
-
Kvaratsxeliya yeni peşəyə keçir
-
"Əvvəl alma-çörək yeyirdim, indi kürü..." - Nadir Qafarzadə
-
Londonda magistr təhsili aldı, Qarabağ Universitetində müəllim oldu
-
Başına top dəyən futbolçu öldü
-
600-dən çox bal toplayanlar hərbi xidmətdə xüsusi bölmələrə cəlb olunacaq
-
Azərbaycanda bu avtovağzal satışa çıxarıldı
-
Bakıda turistləri daşıyan mikroavtobus qəza etdi





