Bakıda vahid endirim kartı - Qiymətlər, qaydalar, istifadə yerləri
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fevralın 28-də Milli Turizm Təbliğat Bürosu, Bakı Nəqliyyat Agentliyi və "PASHA Travel" şirkəti arasında üçtərəfli qaydada Bakının rəsmi şəhər kartının yaradılması məqsədilə memorandum imzalanacaq.

Bu barədə Milli.Az-a açıqlamasında Milli Turizm Təbliğatı Bürosunun mətbuat katibi Kənan Quluzadə bildirib.

Onun fikrincə, "Baku Card"ın olması ölkəmizə, xüsusən Bakıya səfər edən turistlərdə daha da çox maraq yaradacaq: "Bu, biznes və dövlət strukturlarının birgə və ilk genişmiqyaslı layihəsidir. "Baku Card" Azərbaycanda ilk və yeganə rəsmi şəhər kartı olacaq. Amma ümumiyyətlə götürdükdə bu heç də yenilik deyil və dünyanın bir sıra ölkələrində, xüsusən turistlərin çox ziyarət etdiyi şəhərlərdə bu cür kartlardan istifadə olunur və çox populyardır. Bakıda da bunu çoxdan etmək lazım idi, hətta biz bu məsələdə bir qədər gecikmişik. Nəzərdə tutulur ki, "Baku Card" əldə etmiş həm yerli əhali, həm də xaricdən gələn turistlərin muzey və mədəniyyət mərkəzlərinə girişi, eləcə də ictimai nəqliyyatdan istifadəsi ödənişsiz və ya endirimli olsun. Məsələn, metro və avtobuslar pulsuz, taksilərin bəziləri pulsuz və ya endirimli olacaq. Bundan əlavə, "Baku Card" sahibləri ticarət və istirahət obyektləri - mağazalar, kafelər, restoranlar və s. yerlərdə müxtəlif endirimlər və xüsusi təkliflər əldə edəcəklər. Paketdə yer alan obyektlərin sayı çoxdur və getdikcə də genişlənəcək".


K.Quluzadənin sözlərinə görə ki, böyük ehtimalla Bakıda şəhər kartının tətbiqinə Novruz bayramından sonra başlanacaq: "Kartların satışı üçün xüsusi məntəqələrin yaradılması nəzərdə tutulmayıb. Kartlar turizm informasiya köşklərində satılacaq və onların balansını rahat şəkildə onlayn qaydada doldurmaq mümkün olacaq".
İlkin İzzət
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istədilər
-
Bu ərazilərdə ev almaq istəyənlər tələssin - dəmir yolu qiymətləri dəyişəcək
-
"Tam Store" barədə inzibati protokol tərtib olunub
-
Qarabağda bir ayda 799 mina, 3 mindən çox sursat tapıldı
-
Saatda 15 meteor görünəcək - Tarix və saat açıqlandı
-
Azərbaycanla bağlı dezinformasiya yayılır - Media və Yayım Şurasından xəbərdarlıq
XƏBƏR LENTİ
-
Kiyevdə elektrik enerjisi kəsildi, nəqliyyat iflic oldu
-
İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istədilər
-
Bu ərazilərdə ev almaq istəyənlər tələssin - dəmir yolu qiymətləri dəyişəcək
-
"Tam Store" barədə inzibati protokol tərtib olunub
-
Qarabağda bir ayda 799 mina, 3 mindən çox sursat tapıldı
-
Keçən il 3 manat idi - Qiyməti kəskin düşdü
-
Saatda 15 meteor görünəcək - Tarix və saat açıqlandı
-
Azərbaycanla bağlı dezinformasiya yayılır - Media və Yayım Şurasından xəbərdarlıq
-
"Araz Supermarket" barədə protokol tərtib olunub
-
“Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi”
-
Bakıda piyadalar üçün yenilik - İki küçədə hərəkət qaydası dəyişdi
-
Efirə zəng edən qadının sözləri Elgizi özündən çıxardı - (Video)
-
200 min manatlıq rüşvət işi məhkəməyə göndərildi - 3 vəzifəli şəxs həbs edildi
-
60 santimetr uşaq saç 300 manata satılır: Pul qazanmaq, yoxsa istismar?
-
Pərvin Abıyeva: "Övlad sahibi olacağam, amma mənə kişi lazım deyil" - (Video)
-
GEROPHARM Azərbaycanda şəkərli diabet və piylənmənin müalicəsini daha əlçatan edir - (Foto)
-
Sərhədçilərimizə atəş açan şəxs zərərsizləşdirildi - (Foto)
-
Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Noyabrın 6-dan qüvvəyə minir: Kombi və qaz plitələri ilə bağlı nə dəyişəcək?
-
Çimnaz Sultanovanın əsl ölüm səbəbi bu imiş
-
İranda zəlzələ oldu
-
Makqreqor qərarını açıqladı: “Sonuncu olacaq”
-
11 aylıq müddətin 2 ayı keçdi: Metro tunellərində son vəziyyət necədir?
-
ABŞ-da seçki həyəcanı: Trampın partiyasını nə gözləyir?





