İki ayın gəlini taksiyə oturub əvvəlki sevgilisinə qaçdı - Azərbaycanda ailə dramı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Göygöl rayonunda 2 ayın gəlini evdən qaçıb. Rayonunun Mollacəlilli kəndində 20 yaşlı Asiya Ağakişiyeva 9 gündür axtarılır. Qayınatası gəlinini fen almaq üçün mağazaya aparıb, sonradan isə onun həmin yerdən bir taksi ilə uzaqlaşdığını görüb. Asiyanın qayınatası Tanrıverdi Bayramov müsahibəsində gəlininin qardaşı arvadının əli ilə qaçdığını deyib. O, gəlinini fen almaq üçün mağazaya apardığını, oradan isə taksiyə minib getdiyini deyir.
"Mağazada kamera var. Gəlin maşından düşüb, mağazaya girir. Yuxarı çıxıb sonra düşür, mənim arxamda bir taksiyə oturur, gedir Gəncəyə. Asiya orada taksidən düşüb parka girir. Düşdüyü yer də aydın görünür. Düzülüb-qoşulmuş işdir".
Qayınatası gəlininin nikahdan əvvəl bir nəfərlə münasibətinin olduğunu deyir. T.Bayramov bu barədə ona gəlinin qardaşı arvadının məlumat verdiyini bildirib.
Milli.Az xəbər verir ki, Asiya Ağakişiyevanın anası Gümanə Ağakişiyeva publika.az-a açıqlamasında iddialara cavab verib:
"Bizim Gəncədə qohumlarımız var, amma qızım onlara getməyib. O, fen almaq üçün mağazaya gedib, ondan sonra bir daha xəbər tutmamışıq. Qızım iki aydır ailə qurub, 9 ay da nişanlı olublar. Bu müddətdə bir narazılığı olmayıb. Onun nə üçün getməsi barədə heç nə bilmirəm. Maşın vurubmu, yoxsa başına nəsə iş gəldiyini bilmirik. Polisə məlumat vermişik, onlar araşdırırlar. Nə problemi var, onu da bilmirəm, çünki iki aydır mənim evimdə yaşamırdı".
A.Ağakişiyevanın qayınatasının sözlərinə gəldikdə, ana bu iddiaların hamısının yalan olduğunu deyib:
"Mənim gəlinim yoxdur. Asiyadan başqa bir qızım var, o ailəlidir, öz evi var. Bir oğlum var o da balacadır. Qızımın heç kimlə münasibəti olmayıb, ev qızı idi, heç yerə getmirdi, ancaq evdə olurdu. Ailə qurmağa da biz məcbur etməmişik, özünün razılığı var idi. Biz telekanallara da müsahibə verəndə qayınatası elə sözlər demədi. İndi elə fikirləşirlərsə, heç nə deyə bilmirəm. Qızımın heç kimlə münasibəti olmayıb, o barədə də heç nə bilmirəm. Qayınatası nə deyirsə, yalandır. Ola bilər ki, sabah nəsə problem çıxsın, kiminsə əli olsun bu məsələdə. Qızım üzə çıxandan sonra günahkarın kim olduğu məlum olacaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İran səfirindən Azərbaycanla bağlı açıqlama
-
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişidi
-
İspaniya kubokunun bütün oyunları ləğv edildi
-
"Fənərbağça"ya müvəqqəti baş məşqçi təyin olundu
-
Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edildi
-
Gələn il ünvanlı sosial yardımlar bu qədər artacaq
-
Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)
-
Azərbaycanda 17 min manata pişik satılır
-
Azərbaycanda aliment artırılacaq
-
Maliyyə Nazirliyinin Əsasnaməsində dəyişiklik edilib
-
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqlənib
-
Montellanın “Fənərbağça”dan tələbi bəlli oldu
-
Bakıda mənzildən külli miqdarda qızıl oğurlayan qadın saxlanıldı
-
Gülay Zeynallı Cennifer Lopezlə eyni libasda - (Foto)
-
Azərbaycanın daxili dövlət borcu azaldı
-
Mücaməddin Axundovun Azərbaycandan çıxışına qadağa qoyuldu
-
İspaniyada sürət qatarları toqquşdu - 50 nəfər öldü - (Yenilənib/Video)
-
Rəssam Fərid Rəsulov “Azərxalça” ASC-nin sərgi salonunda sənətsevərlərlə görüşüb - (Foto)
-
44 qram qızıl aldılar, görün içindən nə çıxdı... (Video)
-
Şəbnəm Tovuzlu: "Paridən 1800 dollara çanta aldım, qızım əsəbiləşdi" (Video)
-
İsa Həbibbəyli Ramiz Mehdiyevlə bağlı nələr dedi?
-
Sürücülərə şad xəbər - Bu cərimənin məbləği kəskin azaldılır
-
14 illik həbs hökmündən sonra Ramiz Mehdiyevlə bağlı yeni qərar
-
Pensiyaçılar, uşaqlar və işləyənlər üçün yeni məbləğlər açıqlandı





