""Əsgər", “əsginas”, “İsgəndər”, “işgəncə” sözlərinin yazılış forması dəyişməməlidir"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"İsgəndər", "əsgər", "əsginas", "işgəncə" sözlərinin yazılışı ilə bağlı irəli sürülən təkliflərdə ciddi bir prinsip əsas götürülməyib".
Milli.Az report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova bildirib.
O xatırladıb ki, "Azərbaycan dilinin orfoqrafiya qaydaları" layihəsində müəyyən dəyişikliklər öz əksini tapıb: "Layihənin 22-ci maddəsində yazılır: "Aşağıdakı sözlərin mənbə dildəki yazılışı əsas götürülərək, k hərfi ilə yazılması məqsədəuyğun sayılır: əskər, əskinas, İskəndər, işkəncə və s. Qeyd: Bu sözlər dilimizdə məhz tələffüzlərinə əsasən indiyədək g hərfi ilə yazılmışdır. Belə ki, mənbə dildə yanaşı gələn kar samitlərdən (sk, şk) ikincisi (k) tələffüzdə cingiltiləşərək, onun cingiltili qarşılığına (g) keçmişdir". Göründüyü kimi bu sözlərin yazılışında mənbə dil əsas götürülüb. Birincisi, "əsgər", "əsginas", "İsgəndər", "işgəncə" sözləri incə saitlər silsiləsi əsasında formalaşan sözlərdir və Azərbaycan dilinin fonetik qaydalarına əsasən incə sait silsiləli sözlərin orta hecalarında bir qayda olaraq cingiltili samitlər işlənilir. Belə sözlərin ortasında kar samitin işlənməsi dilin təbii axıcılığını pozur, tələffüzdə çətinlik yaradır. Əgər biz həmin hərfi [g] kimi tələffüz edəcəyiksə, onu [k] kimi yazmağın məntiqi səbəbi yoxdur. Bununla yanaşı indiyə kimi bu sözlərin yazılışında fonetik prinsip əsas götürülüb və dildə bu şəkildə sabitləşib. Yenidən mənbə dildə bu söz belə yazılır prinsipi özünü doğrultmur və dildə yeni mübahisələrin yaranmasına səbəb olur. Onda mənbə dilə istinad etməklə yüzlərlə sözə yeni qayda hazırlanmalıdır".
S.Sadıqova qeyd edib ki, vaxtilə alınma sözlər mənbə dildən fərqli olaraq "adəm-adam", "övrət-arvad", "cəmal-camal", "kəmal-kamal", "maşina-maşın", "vyodra-vedrə" şəklində dilimizin qaydalarına uyğunlaşdırılıb: "Bu sözlərin yazılışı ilə bağlı indiyə kimi fikir ayrılığı olmayıb və sabit bir qaydada yazılması qəbul olunub. Çünki sözün tələffüz qaydalarına uyğun olaraq, fonetik prinsipdən çıxış etsək bu sözlər - "əsgər", "əsginas", "İsgəndər", "işgəncə" formasında yazılmalıdır. Bir də onu nəzərə almaq lazımdır ki, elə qaydalar var ki, dildə artıq sabitləşib və bu sözlərin yazılışı da norma kimi qəbul olunub. Bu sözlərin yazılışı ilə bağlı irəli sürülən təkliflərdə ciddi bir prinsip əsas götürülməyib. Əlbəttə, bu layihədir, müzakirə olunur və təkliflərdə qəbul olunmalıdır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Əməkdar artist 38 il əvvəl - FOTO
-
Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxılıb - FOTO
-
Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub - FOTO
-
Gəncədə ağır qəza - xəsarət alanlar var
-
Bakı ABŞ-nin II Dünya Süni İntellekt Həftəsinə ev sahibliyi edəcək
-
Əməkdar artistin nəvəsinin məclisindən yeni FOTOlar
-
1300 kilometrlik qatar xətti açılır - 4 ölkə birləşəcək
-
Gündə 3-4 taksi sürücüsünü "müalicə edirəm"
-
Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib - FOTO
-
"Yuventus" dünya çempionunu transfer edir
-
İrəvandakı paradda İran silahı: molla rejimi maskasını birdəfəlik cırıb atdı
-
Pezeşkian Prezident İlham Əliyevi təbrik edib
-
Xoşqədəm Seda Sayanın verilişində ağladı
-
Azərbaycanla münasibətlər Vaşinqton üçün əsas prioritetdir - Kaleb Orr
-
Diplomatik xidmət əməkdaşlarına bu qədər müavinət ödəniləcək
-
Məhərrəmlik ayı bu tarixdə başlayır
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalını Bəstəkarlar İttifaqında keçirilib - FOTO
-
Məhəmməd Şahabuddin Prezident İlham Əliyevə məktub ünvanlayıb
-
Xameneinin dəfn yeri açıqlandı
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
Maşını olanlara pis xəbər: Bu məhsul bahalaşır
-
Casusluqda ittiham olunan şəxsə hökm oxundu
-
Əli Əsədov Denis Şmıqalla görüşdü
-
"Anam o zaman deməyib ki, niyə bu günə qalmısan?"





