"Absheronxeber.Az" İnformasiya Portalının 5 yaşı tamam oldu - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Abşeron rayonunun mədəni və ictimai həyatında baş verən yenilikləri daim ictimaiyyətə çatdıran, Azərbaycan mediasında öz dəst-xətti, maraqlı xəbərləri, reportajları və layihələri ilə seçilən "Absheronxeber.az" xəbər portalının 5 yaşı tamam olub. Bununla əlaqədar olaraq Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Abşeron Rayon İcra Hakimiyyəti başçısı İradə Gülməmmədova qeyd edib ki, ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi illərində həyata keçirdiyi çoxşaxəli islahatların və onların Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi olaraq bu gün ölkəmizdə söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyət ən qabaqcıl demokratik ölkələrlə müqayisə edilə bilər.

İ.Gülməmmədova vurğulayıb ki, bu gün mətbuata xüsusi dövlət qayğısı və diqqətinin mövcud olması, eyni zamanda söz, fikir və özünüifadə azadlıqlarının ən yüksək səviyyədə təsbit edilməsi, mətbuatın maddi-texniki və maliyyə bazasının gücləndirilməsi, media institutunda təmsil olunan şəxslərin səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və digər bu kimi amillər dövlətin bu sahəyə qayğısı kimi dəyərləndirilməlidir.

Bildirilib ki, 2013-cu ildən fəaliyyət göstərən portalda Abşeron rayonunda baş verən hadisələr, aparılan quruculuq-abadlıq işləri, yeniliklər barədə oxuculara operativ məlumatlar verilir, reportaj, araşdırma, müsahibə və digər janrlarda materiallar təqdim edilir. 5 il ərzində saytda təkcə Abşeron rayonu ilə bağlı yeniliklər deyil, eyni zamanda ölkə əhəmiyyətli məlumatlar, xəbərlər də öz əksini tapmışdır və bunun nəticəsidir ki, hazırda artıq daimi oxucusu 35 min nəfərə çatan bir portala çevrilmişdir. Qeyd edilib ki, bu, Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın müasir Azərbaycanın bir qoluna çevirdiyi müasirləşən Abşeronun növbəti uğurudur.

Tədbirdə "Absheronxeber.Az"ın baş redaktoru Şamo Əliyev portal barədə məlumat verərək bildirib ki, o, yarandığı vaxtdan indiyədək oxucuların etibarını qazanmaq və onlara dolğun məlumatlar çatdırmaq üçün fəaliyyət göstərib. O, qeyd edib ki, sayt 12 bölmədən ibarətdir və burada Abşeron rayonunun yaranma tarixindən müasir dövrə kimi olan mühüm məlumatlar əldə etmək olar. Xəbər portalı öz oxucularına bir neçə yeni layihələr təqdim etməyi planlaşdırır. Müasir standartlara cavab verən yeni dizaynlı portalda həmçinin, yerli və dünya xəbərləri ilə yanaşı, tanınmış müəlliflərin yazıları, jurnalist araşdırmaları, müsahibələr, ekspert rəyləri də dərc olunur. Baş redaktorun sözlərinə görə, gələcəkdə portalda müsabiqələr, müxtəlif layihələr, eləcə də rubrikalar və digər yeniliklər təqdim olunacaq.

Sonda bir qrup KİV nümayəndələrinə səmərəli əməkdaşlığına görə rayon icra hakimiyyəti aından hədiyyələr təqdim olunub.
Yusif Nəsirli
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanlı məşhurların həyat yoldaşları ilə FOTOları
-
Maşını oğrulardan qorumaq üçün belə edir - VİDEO
-
DTX-nin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edilib - VİDEO - FOTO
-
Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur
-
Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb - VİDEO - FOTO
-
Bakıda hava kəskin dəyişir - yağış yağacaq, şimşək çaxacaq
XƏBƏR LENTİ
-
Azərbaycanlı məşhurların həyat yoldaşları ilə FOTOları
-
Bir vaxtlar xəbər aparıcısı idi, indi isə KRALİÇADIR - VİDEO
-
Hovuz suyunun gözlərə zərəri
-
Öpüşmək zamanı etdiyimiz səhvlər
-
DÇ-2026: Niderland - Yaponiya oyununda qalib müəyyənləşmədi - YENİLƏNİB
-
Almanlar bu dünyada "cənnəti yaşayırlar" - Müzakirə yaradan GÖRÜNTÜ - VİDEO
-
Maşını oğrulardan qorumaq üçün belə edir - VİDEO
-
Köçəryanın saxlanılmasının görüntüləri - FOTO
-
DTX-nin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edilib - VİDEO - FOTO
-
Zibil qutusunun dibinə səpin: Qoxunu və milçəkləri uzaq tutur
-
Pəncərə kənarındakı qara ləkələri təmizləməyin sadə üsulu
-
Prezident İlham Əliyev Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib
-
Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur
-
Dünya çempionatları tarixində ən çox qol vuran komanda oldular
-
Günün qoroskopu: Borc, kredit, investisiyalarla bağlı qərarlarda ehtiyatlı olun
-
Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb - VİDEO - FOTO
-
Bakıda hava kəskin dəyişir - yağış yağacaq, şimşək çaxacaq
-
Azərbaycanda ən çox ziyarət edilən şəhərlər bəlli oldu
-
Pezeşkian: Əli Xamenei ilə ABŞ məsələsini şəxsən müzakirə etdim
-
Şamaxı-İsmayıllı yolunda ağır qəza - Maşın aparan evakuator aşdı - VİDEO
-
Paşinyan: Ermənistandan qaçmağa fürsətiniz olmayacaq
-
Egey dənizinin qərbində 5 ballıq zəlzələ oldu
-
DÇ-2026: Almaniya mundialın debütantını darmadağın etdi - YENİLƏNİB
-
Prezident İlham Əliyev Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - FOTO





