Azərbaycanın beynəlxalq olimpiadalarda nəticələri ildən-ilə artır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın beynəlxalq olimpiadalarda nəticələri ildən-ilə artır.
Milli.Az Trend-ə istindaən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev bu gün nazirlikdə keçirilən məktəblilərin respublika fənn olimpiadalarının birinci mərhələsinin başlanılması ilə bağlı brifinqdə deyib.
O bildirib ki, istedadlı uşaqların aşkar edilməsi, şagirdlərin fənlərə olan marağının artırılması, onların həmyaşıdları ilə birgə öz bilik və bacarıqlarını nümayiş etdirmələri baxımından böyük rolu olan Respublika fənn olimpiadaları iştirakçılarının sayı ildən-ilə çoxalır:
"Bu il Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix olmaqla, 8 fənn üzrə 33 112 şagirdin iştirakı ilə əlaqədar yerlərdən müraciətlər daxil olub: "Bütün fənlər üzrə artım dinamikası var. Xüsusilə, elmi fənlər üzrə bu dinamika daha üstünlük təşkil edir. Ötən il kimya fənnindən qızıl medal almağınız uğurlu nəticə idi: "Rəqəmlərlə baxsaq, dünya ölkələri arasında olimpiadalarda 100-dən artıq ölkə iştirak etmir. Lakin ölkəmiz bu ölkələr arasında 20-liyə düşə bilib. Sovet ölkələri sırasında isə ölkəmiz yalnız Rusiyadan geri qalırıq. Təbii ki, beynəlxalq olimpiadalarda uğur qazanmağımızda Respublika fənn olimpiadalarının rolu böyükdür. Bütün olimpiada qalibləri ali məktəbə qəbulda 500-dən artıq bal toplayıblar. Ümumilikdə isə, olimpiada qaliblərinin 90 faizi qəbul imtahanlarında 600 bal yığanlardır".
E.Əmrullayev əlavə edib ki, ölkəmizdə aşağı sinif şagirdləri üçün də olimpiadalar həyata keçirilir ki, bu olimpiadaların uğurlu nəticələrini yaxın gələcəkdə görmək mümkün olacaq.
Brifinqdə çıxış edən nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov olimpiadanın birinci - rayon (şəhər) mərhələsinə fevralın 4-də start veriləcəyi barədə məlumat verib.
"Olimpiadaya ən çox şagird - 7387 nəfər Azərbaycan dili və ədəbiyyat fənnindən, 7311 nəfər riyaziyyat fənnindən, ən az şagird isə 721 şagird olmaqla informatika fənnindən qatılacaq.
Olimpiadada 12 022 nəfər 9-cu sinif şagirdi iştirak edəcək ki, onların arasında xüsusi istedadı və hazırlığı ilə seçilən 7-8-ci sinif şagirdləri də var. İştirakçılardan 11 195 nəfər 10-cu, 9895 nəfər isə 11-ci sinif şagirdləridir. Şagirdlərdən 31 326 nəfəri Azərbaycan, 1786 nəfər isə rus bölməsində təhsil alır".
Şöbə müdiri qeyd edib ki, üç mərhələdən ibarət olacaq olimpiadanın may ayında keçiriləcək final mərhələsinə hər fəndən ən yaxşı 60 şagird iştirak edəcək: "Final mərhələsində iştirak edən şagirdlərin hər birinə olimpiadanın "İştirakçı" sertifikatı təqdim ediləcək. Qaliblər I, II və III dərəcəli diplomlar, müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla təltif olunacaqlar. Hər bir fəndən qaliblər arasından "Birincilərin birincisi" nominasiyasına görə də şagirdlər mükafatlandırılacaq".
O əlavə edib ki, beynəlxalq olimpiadalarda yüksək nəticə əldə edən 4 tələbə imtahan vermədən Azərbaycanın ali məktəblərində bakalavr təhsili aldıqdan sonra magistr pilləsini xaricdə davam etdiriblər.
Şöbə müdiri həmçinin bildirib ki, fənn olimpiadalarının nəticələri hər fənn üzrə 5 mütəxəssis olmaqla, ümumilikdə 40 nəfərlik nümayəndə heyəti tərəfindən yoxlanılır: "Onlar orta məktəb müəllimləri deyil, ali məktəblərdə fəaliyyət göstərən professor-müəllimlərdir".
Qeyd edək ki, ötən il respublika fənn olimpiadalarının birinci-rayon (şəhər) mərhələsində 30 000 nəfərə yaxın şagird iştirak edib. Olimpiadada 8 fənn üzrə 263 qalib müəyyən edilib. 48 nəfər şagird qızıl, 85 nəfər gümüş, 130 nəfər isə bürünc medala layiq görülüb.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
DİGƏR XƏBƏRLƏR
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN - (Video)
-
Hava ilə bağlı son məlumat
-
Aras Bulut İynemlinin narkotik istintaqında verdiyi ifadə üzə çıxdı
-
Kartof və makaron yeyənlərin nəzərinə: Təhlükəlidir
-
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar - (Video/Foto)
XƏBƏR LENTİ
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
-
Yəməndə son döyüşlərdə husilərin 73 üzvü öldürülüb
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN - (Video)
-
Tbilisidəki kütləvi zəhərlənmənin səbəbi məlum oldu
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Rafinya “Barselona” tarixində yeni rekorda imza atdı
-
Hava ilə bağlı son məlumat
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
-
Rusiyanın itkiləri açıqlandı
-
Aras Bulut İynemlinin narkotik istintaqında verdiyi ifadə üzə çıxdı
-
Kartof və makaron yeyənlərin nəzərinə: Təhlükəlidir
-
İran danışıqlara başlamaq üçün şərtlər irəli sürdü
-
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar - (Video/Foto)
-
Misli Premyer Liqasında 6-cı tura bu gün yekun vurulur
-
ABŞ-də dizel yanacağının orta qiyməti rekord həddə çatıb
-
Ərazi bütövlüyünün bərpasının rəmzi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
-
Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb - XİN
-
Telefonu uşağın əlindən almağın ən doğru yolu - ekspert açıqladı
-
Eşidənlər gecələr tualetə duz tökməyə başlayıb
-
Eynəkləri, damcıları kənara qoyun: Qədim Tibet rahiblərinin "qartal gözü" bəxş edən 3 dəqiqəlik ritualı
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız





