Ölkə

Xəritədə qartalın dimdiyi kimi tanınan yer - Şah dili - FOTO

22 Yanvar 2018 11:26
1 Şərh     Baxış: 21 870
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasının xəritəsində ən ucqar şərq nöqtəsi olan, qartalın dimdiyi kimi tanınan "Şah dili"nin sosial şəbəkədə fotoları yayılıb. Şəkillər maraq doğurub.

Qeyd edək ki, Şah Dili adlandırılan ərazi Abşeron yarımadasının uzaq cənub şərq qurtaracağında yerləşir. Şah Dili Azərbaycanın materikdə yerləşən ən ucqar şərq nöqtəsidir. İnzibati cəhətdən Bakı şəhəri Zirə qəsəbəsi ərazisinə daxildir.

Dil cənuba doğru dənizin içərisinə uzanmışdır. Ensiz və uzun formaya malikdir. Ərasizi, əsasən, qumsaldır. Dəniz səviyyəsindən elə də hündür deyildir.

Dil ərazisi bütünlüklə Abşeron Milli Parkı ərazisinə daxildir.

Bəxtiyar Umarlı
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.