Ölkə

Bakıda bir ailənin kabusuna çevrilən cinayətkar AZADLIQDA GƏZİR - FOTO

17 Yanvar 2018 15:55
0 Şərh     Baxış: 4 928
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

​Noyabrın 9-u təxminən axşam saat 8-9 radələrində Bakının Mehdiabad qəsəbəsi ərazisində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi barədə xəbər portallarında dəfələrlə yazılar çıxdı.

Məsələylə bağlı KİV üzərinə düşən məsuliyyəti qismən yerinə yetirsə də bu addımı DİN əməkdaşlarından görmədik. 

Sözügedən tarixdə qəsəbənin "Gənclər Şəhərciyi" ərazisində maşınların hərəkət istiqamətində yolun kənarı ilə irəliləyən 32 yaşlı Şükürov Rəşad Zahir oğlunu idarə etdiyi avtomobillə vuran sürücü hələ də ortalıqda yoxdur. 

Baxmayaraq ki, Milli.Az olaraq sözügedən ərazidə müşahidə apararkən ərazidə təhlükəsizlik kameralarına da rast gəldik. Lakin ilk gündən ərazinin Binəqədi, yoxsa Abşeron rayonu ərazisi olduğunu aid etməkdə çətinlik çəkən Rayon Polis İdarələri arasındakı "oyun"dan əziyyət çəkən Rəşadın ailəsidir. 

İlk gündən ərazinin Binəqədiyə məxsus olduğu və cinayət işinin istintaqının adı çəkilən rayonun polis idarəsi tərəfindən araşdırılacağı deyilsə də, 1 aydan xeyli müddət sonra Binəqədi RPİ ərazinin onlara məxsus olmadığını iddia edərək cinayət işini Abşeron Rayon Polis İdarəsinə göndərib. 

Rəşad Şükürovun anası Aybəniz Şükürova oğlunun qatilinin gizlədildiyindən narahatdır. O, Milli.Az-a açıqlamasında Abşeron Rayon Polis İdarəsi də oğlunu bu hala salan şəxsin axtarışında passivlik göstərdiyini deyib.

Qeyd edək ki, Şükürov Rəşad qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, sol körpücük sümüyünün qapalı-qəlpəli yerdəyişmə sınığı, sağ saidin hər iki sümüyünün qapalı-qəlpəli yerdəyişmə sınığı, L2 (II bel fəqərəsi) tin çıxıntısının sınığı, sol sirkə kasasının sınığı diaqnozu ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko) yerləşdirilmişdi. Ağır əməliyyatdan sonra Rəşad yataq xəstəsidir.

Təhməz Təkin

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.