Ölkə

Şamaxıda buz bağlayan yollarda 2 qəza baş verdi: 5 yaralı var

16 Yanvar 2018 14:26
0 Şərh     Baxış: 2 139
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Şamaxı rayonuna yağan qar, şaxtalı və dumanlı hava səbəbindən bəzi yollarda nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Avtomobil yolları buz bağladığı üçün iki sürücü idarəetməni itirərək qəza törədib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Bakı-Şamaxı yolunun Muğanlı qəsəbəsi ərazisindən keçən hissəsində 99-FX-599 dövlət nömrə nişanlı, "Hyundai SantaFe" markalı minik avtomobili sürüşərək yoldan çıxıb və çökək əraziyə aşıb.

Hadisə zamanı avtomobildə olan Qəbələ rayon sakinləri - 1986-cı il təvəllüdlü Cəlilov Murad Ağa oğlu, 1996-cı il təvəllüdlü Səfiyev Sənan Aqil oğlu və 1996-cı il təvəllüdlü Mehralıyev Cavidan İntiqam oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün təcili yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Şamaxıda başqa bir minik avtomobilinin yoldan çıxaraq ağaca çırpılması nəticəsində rayonun Məlikçobanlı kənd sakini, 2008-ci il təvəllüdlü Ramazan Seyidov və Bakı sakini, 1990-cı il təvəllüdlü Nicat Şakirli xəsarət alaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hər iki faktla bağlı araşdırma aparılır.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.