Ölkə

Nazirlikdən Zığdakı uçqunla bağlı AÇIQLAMA: "Bu, sürüşmə deyil"

20 Noyabr 2017 16:13
0 Şərh     Baxış: 1 223
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ötən həftə Zığ qəsəbəsində 43 saylı binanın qarşısında baş verən uçqun hadisəsi sürüşmə ilə əlaqəli deyil".

Milli.Az xəbər verir ki, bunu Trend-ə ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, həmin ərazidə tikilən istinad divarın içində kollektor çəkmək istərkən həmin divar uçub: "Yəni qazılmış ərazidə uçqun baş verib. Bu, sürüşmə deyil".

Qeyd edək ki, noyabrın 17-də Bakının Suraxanı rayonu Zığ qəsəbəsində, 43 saylı binanın qarşısında baş verən uçqun zamanı 1 fəhlə torpaq altında qalıb. Fəhlə xilas edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.