Ölkə

Telefon xətlərinə qanunsuz daxil olmaq cinayət məsuliyyəti yaratmayacaq

19 Oktyabr 2017 14:21
0 Şərh     Baxış: 1 061
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda telefon xətlərinə qanunsuz daxil olmaqla danışıqlar aparma cinayət məsuliyyəti yaratmayacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif olunur.
Belə ki, məcəllədən 189-cu (Telefon xətlərinə qanunsuz daxil olmaqla danışıqlar aparma) maddəsi çıxarılır.
Hazırda qanunvericilikdə yer alan maddəyə əsasən, abonentə məxsus telefon nömrəsinə aid olan rabitə xəttinə qanunsuz daxil olmaqla danışıqlar aparma, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə 100 manatdan 500 manatadək miqdarda cərimə və ya 240 saatdan 300 saatədək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Eyni hərəkətlər zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurduqda 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Bu əməl bundan sonra inzibati məsuliyyət yaradacaq. İnzibati Xətalar Məcəlləsinin 360-cı (Telefon xətlərinə qanunsuz daxil olmaqla danışıqlar aparma) maddəsinə əsasən, abonentə məxsus telefon nömrəsinə aid olan rabitə xəttinə qanunsuz olaraq daxil olmaqla, danışıqlar aparma, zərər çəkmiş şəxsə az miqdarda (1000 manatadək) ziyan vurmaqla törədildikdə 400 manatdan 600 manatadək məbləğdə cərimə edilir.
Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.