Bakı metrosunda idarəetmə və təhlükəsizlik baxımından mühüm addım - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı metropoliteninin vaqon parkında qatarların modernləşdirilməsi istiqamətində əhəmiyyətli yeniliklər sırasına daha biri əlavə olunub. İstismarda olan qatarların xətdə hərəkəti zamanı maşinistlə dispetçerin əlaqəsini təmin edən radiorabitə bundan sonra keyfiyyəti ilə seçilərək daha da yaxşılaşdırılacaq.
"Bakı Metropoliteni" QSC-dən Milli.Az-a verilən məlumata görə, mu məqsədlə artıq qatarlarda mövcud radiostansiya qurğularının yeniləri ilə əvəzlənməsinə başlanılıb.
Qeyd edilir ki, hərəkətin təşkilində, nizamlanmasında və bununla hərəkətin təhlükəsizliyinin təmin edilməsində elektrik qatarı maşinisti ilə dispetçerin əlaqəsi mühüm əhəmiyyət kəsb edir. Çünki qatar dispetçeri metropoliten xəttində sərnişin qatarlarının hərəkətinə rəhbərlik edir, qatarların hərəkət qrafikinin yerinə yetirilməsinə cavabdehlik daşıyır. Məhz onun qərarı və verdiyi göstərişlər sayəsində qatarların nizamlı hərəkəti təmin edilir.
Qatarların maşinist kabinəsində quraşdırılan yeni RVS tipli radiostansiyalar, səs gücləndiricilər və radioinformatorlar 1978-ci ildən istismarda olan əvvəlki analoqları ilə müqayisədə keyfiyyəti və yüksək standartlara cavab verməsi ilə seçilir.
Hazırda əvəzlənməkdə olan RTM tipli radiostansiyaların istismardan çıxarılmasına zərurət onların istehsalının dayandırılması, ehtiyat hissələrinin tapılmaması ilə yaranmışdı. Bu isə avadanlığa qulluğun hədsiz dərəcədə çətinləşməsinə gətirib çıxarmışdı. Ən əsası, dispetçerlə əlaqənin keyfiyyətinin də xeyli aşağı düşməsinə səbəb olmuşdu.
Yeni avadanlıq yığcamlığı, sadəliyi və qulluğunun asanlığı ilə seçilir. Onların quraşdırılması, sazlanması da çox vaxt tələb etmir. O, çoxkanallı olduğu üçün əlaqəni daha çeşidli və geniş şəkildə təmin etməyə imkan verir. Artıq yeni radiostansiya vasitəsilə maşinistlər dispetçerlə yanaşı, digər kanallardan birindən istifadə etməklə xətti məntəqədə təlimatçı-maşinistlə də müstəqil və daha rahat ünsiyyət qura bilirlər. Onu da əlavə edək ki, qatarların hərəkəti zamanı təlimatçılar qatar maşinistinin işinə nəzarət edir, onu yönəldir və müxtəlif vəziyyətlərdə ona kömək edirlər. Gələcəkdə xidməti tələbat yaranarsa, yeni radiostansiyanın digər kanallarından da istifadə edilməsi mümkün olacaqdır.
Bu avadanlıq qatarın hər iki başında maşinist kabinəsində və onun idarəetmə şkafında quraşdırılır. Quraşdırma başa çatdıqdan sonra qatarlar yeni rabitə formatı ilə sınaqdan çıxarılaraq xəttə buraxılır.
İlkin olaraq, 52 belə radiostansiyanın quraşdırılmasına başlanılıb. Mərhələli şəkildə təmirə dayanan qatarların hər birində yeni sistemin quraşdırılması davam edəcək.
Yusif Nəsirli
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Sürücünün sükan arxasında yuxulaması qəza ilə nəticələndi
-
Bakıda yanğın hadisəsini işıqlandıran APA TV əməkdaşına hücum edilib - (Video)
-
Lara Aslan yeni seriala çəkilir
-
Bakıda ət kombinatının ərazisində yanğın oldu
-
Yaşa, Xəzər! Dənizin dərinliklərindən art-dizayna və qarakürüyə qədər – Fly to Baku. Art Weekend - (Foto)
-
Şəkidə avtomobil dərəyə aşdı - Ölən və yaralananlar var
XƏBƏR LENTİ
-
Sürücünün sükan arxasında yuxulaması qəza ilə nəticələndi
-
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
-
Məşhur musiqiçi vəfat etdi
-
Bakıda yanğın hadisəsini işıqlandıran APA TV əməkdaşına hücum edilib - (Video)
-
Ebola virusu yayılan ölkələrin sayı artır
-
Bolqarıstanda prezident seçkiləri davam edir
-
"El-Klasiko" zamanı evi qarət edildi
-
Rusiyanın itkiləri yeniləndi
-
ABŞ-da stadionda atışma oldu
-
Lara Aslan yeni seriala çəkilir
-
Bakıda ət kombinatının ərazisində yanğın oldu
-
Yaşa, Xəzər! Dənizin dərinliklərindən art-dizayna və qarakürüyə qədər – Fly to Baku. Art Weekend - (Foto)
-
Şəkidə avtomobil dərəyə aşdı - Ölən və yaralananlar var
-
“Şamaxı” “Neftçi”ni, “Kəpəz” “İmişli”ni qəbul edir
-
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
-
Göygöldə ağır qəza - Yaralananlar var
-
Tramp Zelenskini G20 sammitinə dəvət edəcək
-
Klassik duş kabinləri tarixə qovuşur: Hamamlarda yeni nəsil təmizlik və dizayn dövrü
-
Paket çaylarda mikroplastik təhlükəsi: Tək bir fincana 2500 hissəcik keçir
-
2026-cı ilin payızının 11 dəbli qısa saç kəsimi
-
Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır
-
Üzün bir tərəfi niyə daha tez qocalır?
-
Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın
-
Ev açarlarını bu 3 yerə qoymayın





