Ölkə

"Retro Bakı" layihəyəsinə start verildi - FOTO

17 İyul 2017 17:48
Baxış: 1 147
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə yay aylarında Fəvvarələr Meydanında keçirilən "Retro Bakı" layihəyəsi çərçivəsində şəhər sakinlərinin həftə sonu istirahətinin maraqlı keçməsi üçün yenidən açıq hava konsertlərinə start verilib.

Milli.Az xəbər verir ki, ilk açılış konsertində tanınmış cazmen, əməkdar incəsənət xadimi Cavan Zeynallı, məhşur şanson mahnıların ifaçısı Ceyhun Bakinski,estrada müğənniləri Yaqut Babayeva, Dua Murad, Gümüş, Tafur, Anar Nağılbaz, Nailə Müslümova, Səbinə Əsgərova, Mehman Tağıyev öz çıxışları ilə paytaxt sakinləri və şəhərimizin qonaqlarının könüllərini oxşayıblar. Həmçinin, konsertdə milli və dünya xalqlarının rəqsləri təqdim olunub, yaradıcı gənclərin əl işlərindən ibarət rəsm sərgisi maraqla qarşılanıb.

Qeyd edək ki, layihə əhalinin və turistlərin asudə vaxtının xoş keçməsi, Azərbaycan musiqi incilərinin, korifey bəstəkarların əsərlərinin səsləndirilməsi məqsədini daşıyır. "Retro Bakı" sentyabırın 15-dək hər həftə sonu axsham saatlarında Fəvvarələr Meydanında zəngin konsert proqramı və tanınmış müğənnilər ilə sizlərin görüşünə gələcəkdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.