Ölkə

"Kameralar çəkirdi, kəsib atdım kanala" - 52 min oğurlayanlar - ViDEO - FOTO - YENİLƏNİB

15 İyul 2017 18:50
0 Şərh     Baxış: 1 960

18:50

Sumqayıtda yerləşən Məhdud Məsuliyyətli Cəmiyyətlərdən birinin seyfindən 52319 ABŞ dolları, 2652 manat və 930 avro məbləğində pul oğurlanıb.

Milli.Az ARB 24-ə istinadla xəbər verir ki, keçirilən əməliyyat nəticəsində hadisəni törədənlər - əvvəllər məhkum olunmuş Qadir Əliyev, Rauf İbrahimov və Abşeron rayon sakini Amil Cavadov saxlanılıblar. Məlum olub ki, oğrular obyektə üzlərində maska, əllərində əlcəklə giriblər. Onlar şirkətin təhlükəsizlik kamerasını isə yaxınlıqdakı su kanalına atıblar. Lakin kameranın kartı onların yerinin müəyyən edilərək, tutulmasına səbəb olub.

Amil Cavadov (saxlanılan şəxs) : "Gəlib qəbiristanlıq tərəfdə maşını saxlamışam. İkisi zavoda gediblər. Hardasa yarım saat gözləmişəm. Qayıdıb gələndən sonra Sumqayıta getmişik. Pul bölünüb, dollar idi və xırda avrolar. Mənə 15 min dollar düşdü".

Rauf İbrahimov (saxlanılan şəxs) : "Gedib girmişik, seyfi kəsmişəm. 15 min pul düşdü mənə. Kameralar çəkirdi bizi. Məcbur olub seyfi kəsəndən sonra aparıb atdım kanala. Sonra dağılışdıq".

--------------

13:56

Sumqayıt şəhəri ərazisində yerləşən MMC-lərin birinin mühasib otağındakı seyfdən 52 319 ABŞ dolları, 2652 manat və 930 avro oğurluq edən şəxslər tutulub.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazilriyinin mətbuat xidmətindən bildirilib. 

Əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsinin Sumqayıt şəhər sakinləri əvvəllər məhkum olunmuş Qadir Əliyev, Rauf İbrahimov və Abşeron rayon sakini Amil Cavadov tərəfindən törədilməsi müəyyən edilib və görülən zəruri tədbirlər nəticəsində onlar tutulublar.

Qeyd edək ki, MMC-dəki seyfdə külli miqdarda pul olması barədə digər dəstə üzvlərinə həmin obyektin yaxınlığında yaşayan A.Cavadov məlumat verib. Digər iki nəfəri öz avtomobili ilə həmin obyektin yaxınlığına gətirən A.Cavadov onlara oğurluq edəcəkləri ofisə haradan daxil olmaları barədə də məlumat verib.

Araşdırma zamanı məlum olub ki, Q.Əliyev və R.İbrahimov obyektə üzlərində maska, əllərində əlcəklə daxil olublar. Onlar mühasibin otağındakı seyfin qıfılını özləri ilə gətirdikləri xüsusi alətlərlə qıraraq qeyd edilən miqdarda pulu götürərək hadisə yerindən uzaqlaşıblar.

Dəstə üzvləri MMC-dən oğurluq edərkən obyektin təhlükəsizlik kameralarının yaddaş blokunu da çıxararaq özləri ilə aparıblar. Onların yaxınlığındakı su kanalına atdıqları yaddaş blokunun da yeri müəyyən edilib və tapılaraq maddi sübut kimi götürülüb.

Dəstə üzvlərindən A.Cavadov və Q.Əliyevinətraflarındahəyata keçirilən əlavə əməliyyat tədbirləri ilə onların digər cinayətlərinin də üstü açılıb. Həmin şəxslərin Yasamal rayonu ərazisində yerləşən iki ofisdən ümumilikdə 5691 ABŞ dolları, 4000 avro, 3850 manat pul və noutbuk oğurladıqları da məlum olub.

Qeyd edilən faktlarla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Videonu izləmək üçün şəklə klikləyin:

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.