Ölkə

İntihar edən dünya çempionunun məşqçisi: "Rəşad təkcə özünü öldürmədi"

13 İyul 2017 12:32
2 Şərh     Baxış: 1 324

"Rəşad tək özünü öldürmədi, bizi də öldürdü getdi".

Milli.Az xəbər verir ki, bu sözləri Rəşad Dünyamalıyevin məşqçisi, Sambo Federasiyası hakimlər kollegiyasının sədri, əməkdar məşqçi Cabir İsmayılov teleqraf.com-a danışarkən deyib.

Məşqçinin sözlərinə görə, Rəşad komanda ilə Qazaxıstana, Nursultan Nazarbayev şərəfinə keçirilən Dünya kuboku yarışına gedəcəkdi: "Vədələşdiyimiz vaxtdan yarım saat ötməsinə baxmayaraq, Rəşad gəlib çıxmırdı. Əlaqə saxlamağa çalışdıq, telefonu götürmədi. Sonra zəng edib dedilər ki, özünü turnikdən asıb. Srağagün 7 mərasimi idi.

Rəşad bütün yarışlarda yüksək nəticə göstərən idmançı idi. 5 yaşından sambo ilə məşğul olurdu. Federasiyanın ona ümidləri böyük idi. Bilmirik niyə belə etdi, heç bir narahatlığı yox idi.

Səhər anası oyadıb ki, dur get, gecikərsən. Deyib, sən get, mən atamla gedərəm. Sonra ağlına nə gəlib, nə fikirləşibsə, belə addım atıb.

Qız sevmirdi, deyək ki, qıza görə olub. Rəşadın anası milliyətcə rusdu. Atası da bir az içki aludəçisidi. Evə gəlib tez-tez Rəşadı döydüyü deyilir.

Amma Rəşad çox ağır təbiətli, tərbiyəli uşaq idi. Danışığını, oturuşunu-duruşunu bilən idi. Düzdü, imkansız ailədən idi. Anası-bacısı işləyirdi. Nə isə... Onu biz əlimizdə böyütmüşdük. Heyf!"

Qeyd edək ki, sambo üzrə gənclərdən ibarət Azərbaycan millisinin üzvü Rəşad Dünyamalıyevin intiharı barədə xəbər bu gün yayılıb. 18 yaşlı idmançının özünü asdığı bildirilir.

Azərbaycanın yeniyetmə və gənc samboçulardan ibarət yığma komandasında çıxış etmiş Rəşad Dünyamalıyev iki dəfə Avropa çempionu olub. Dünya çempionatının da mükafatçısı olan Dünyamalıyev sonuncu dəfə 2017-ci ilin aprel ayında Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Azerbaycanli · 13 İyul 13:3450

    Allah rehmet etsin,heyif genc canina ve istedadina.

    Cavab yaz
  • Anonim
    User · 13 İyul 23:0300

    Allah rehmet elesin.Sambo ele idman novudu ki vashinnam zerbe ala bilerdi.Belke onnan psixiki problemleri olub.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.