Ölkə

Heydər Əliyev Mərkəzinin parkında uşaqlar arasında futbol turniri olub - FOTO

3 İyul 2017 11:57
Baxış: 958
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İyulun 2-də Heydər Əliyev Mərkəzinin parkında uşaqlar arasında futbol turniri keçirilib.

Milli.Az xəbər verir ki, Mərkəzdən Trend-ə verilən məlumata görə, turnirdə əvvəlcədən qeydiyyatdan keçməklə 110 nəfər iştirak edib.

İştirakçılar əvvəlcə məşq edib, onlara oyunun təməl bilikləri - topla davranış, kiçik pas texnikası və s. tövsiyələr verilib.

Futbol həvəskarları 3 yaş qrupu üzrə (5-7 yaş, 8-10 yaş, 11-14 yaş) komandalara bölünüb və 22 komanda arasında yarış olub.

Yarışa "Leon" uşaq futbol klubunun UEFA "B" lisenziyalı məşqçiləri nəzarət edib. Oyunlar zamanı fərqlənən 6 iştirakçıya "Leon" futbol klubuna 1 aylıq üzvlük kartı hədiyyə olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.