ASAN Radio və ADA Universitetinin birgə layihəsi - "AvropadASAN" - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ASAN Radio və ADA Universiteti birgə radio layihəyə start verir. Bu barədə razılaşmanı ASAN Radionun direktoru Emin Musəvi və universitetin prorektoru Fariz İsmayılzadə imzalayıblar.
Milli.Az xəbər verir ki, iyun ayından etibarən həftədə bir dəfə yayımlanacaq "AvropadASAN" adlı məlumatlandırıcı, maarifləndirici və əyləncəli veriliş ASAN Radionun dinləyicilərinə Azərbaycanın da bir hissəsi olduğu Avropa bölgəsini daha da yaxından tanıdacaq. "AvropadASAN" verilişi, eyni zamanda, həm coğrafi, həm də daşıyıcısı olduğu maddi və mənəvi dəyərlərlə Avropanın tərkib hissəsi olan Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri haqqında dinləyiciləri ətraflı məlumatlandıracaq.
Radio layihə Avropa İttifaqının dəstəyi ilə ADA Universitetində 2013-cü ildən bəri fəaliyyət göstərən Avropa İttifaqı Məsələləri üzrə Bilik Mərkəzinin təşəbbüsüdür. Mərkəzin mütəmadi fəaliyyəti ölkə ictimaiyyətinin Avropa İttifaqı haqqında biliklərini təkmilləşdirmək məqsədilə dövlət qulluqçuları, tələbələr, məktəb şagirdləri də daxil olmaqla ictimai qruplar üçün təhsil və təlim kurslarını keçirməkdən ibarətdir. Təlim ehtiyaclarından asılı olaraq bu kurslar Avropa İttifaqı ilə bağlı siyasi və iqtisadi biliklər, enerji və ətraf mühit qanunvericiliyi, informasiya texnologiyaları və media, insan hüquqları, miqrasiya və təhlükəsizlik kimi mövzuları əhatə edir.
İmzalanma mərasimində çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bildirib ki, bu günə qədər universitetin Avropa İttifaqı üzrə Bilik Mərkəzi 1000 nəfərdən çox dövlət qulluqçusuna 50 təlim proqramı keçib, 1500-dən çox məktəbli maraqlı və əyləncəli dərslər vasitəsilə Avropa İttifaqı və onun üzv dövlətləri barədə ətraflı məlumat öyrəniblər. ADA Universiteti ASAN Radionun geniş dinləyici auditoriyasından istifadə edərək Avropa İttifaqı ilə birgə həyata keçirdiyi bu layihənin əhatə dairəsini daha da genişləndirəcəyindən məmnundur.
ASAN radionun direktoru Emin Musəvi isə qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə yaradılan və "Faydalı məlumat dalğası" devizi altında fəaliyyət göstərən radio cəmiyyəti ən çox maraqlandıran mövzuları gündəmə gətirir. Bu baxımdan, o, qısa zamanda bölgənin aparıcı ali təhsil ocağına çevrilən ADA Universitetinin intellektual resurslarından istifadə edərək Avropa İttifaqı-Azərbaycan çoxşaxəli münasibətləri barədə maarifləndirici proqramın dinləyici auditoriyası qazanacağından əminliyini bildirib.
Yarım illik radio layihəsi Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin dəstəyi nəticəsində mümkün olub. Layihə ilə bağlı fikirlərini bölüşən nümayəndəliyin birinci müşaviri Denis Daniyilidis vurğulayıb ki, bu, Avropa İttifaqı ilə bağlı Azərbaycanın radio məkanında ilk veriliş olacaq. ASAN Radio və ADA Universiteti ilə birgə əməkdaşlıqda ərsəyə gələcək bu proqramın məqsədi Azərbaycan cəmiyyəti ilə Avropa bölgəsi arasında anlaşma körpülərinin yaradılmasıdır. Proqram Avropa İttifaqı ölkələrində baş verən mühüm hadisələrdən tutmuş təhsil, mədəniyyət və musiqiyə qədər müxtəlif mövzuları əhatə edəcək və Avropa İttifaqının Azərbaycandakı fəaliyyətini işıqlandıracaq.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Vuqar İbrahimov vəfat etdi
-
Sabah bu ərazilərdə su olmayacaq
-
Ayın 16-da intensiv yağış yağacaq - Proqnoz
-
ANAMA sədrinin müavini məhkəməyə verilir - Generalın qızından iddia
-
Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
-
Kamaləddin Qafarov: Azərbaycan-Böyük Britaniya tərəfdaşlığı qarşılıqlı etimada və ortaq strateji maraqlara söykənir
XƏBƏR LENTİ
-
Vuqar İbrahimov vəfat etdi
-
Sabah bu ərazilərdə su olmayacaq
-
Ayın 16-da intensiv yağış yağacaq - Proqnoz
-
Ardanın yeni maaşı məlum oldu
-
ANAMA sədrinin müavini məhkəməyə verilir - Generalın qızından iddia
-
Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
-
Türkiyə sahillərində zəlzələ oldu
-
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
-
Kamaləddin Qafarov: Azərbaycan-Böyük Britaniya tərəfdaşlığı qarşılıqlı etimada və ortaq strateji maraqlara söykənir
-
Sabahdan bu binalara istilik verilməyəcək
-
Bakıda hava kəskin dəyişir: Temperatur 8 dərəcə enəcək - Tarixlər
-
Azərbaycan Fələstini təbrik etdi
-
Azərbaycan gimnastları Çində keçirilən turnirdə bürünc medal əldə ediblər
-
Səudiyyə Ərəbistanında iki pilotsuz uçuş aparatı vurulub
-
Hörmüz boğazında iki neft tankerində yanğın baş verib
-
Kamçatkada 5 zəlzələ baş verdi
-
Rəşad Məcidə ağır itki
-
İranda ağır qəza: 11 nəfər öldü, 19 nəfər yaralandı
-
Arılar 35 dərəcə şaxtada belə sağ qalırlar
-
Payızda dəriyə necə qulluq edilməlidir?
-
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
-
İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...
-
Zülalla ən zəngin çərəz
-
Yuxusuz gecədən sonra bunu edin





