Bakı Yeni ilə belə hazırlaşır - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dənizkənarı Bulvar ərazisində ilk dəfə olaraq 35 metr hündürlüyündə şam ağacının quraşdırılmasına başlanılıb.
Milli.Az xəbər verir ki, bunu report-a açıqlamasında Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsinin direktoru Rəfael Niftəliyev deyib.
Şam ağacanın quraşdırılması ilə bağlı işlərin bu ayın üçüncü on günlüyündə yekunlaşacağını qeyd edən İdarə rəsmisi bildirib ki, ərazidə olan ağacların işıqlandırılması və bəzədilməsi prosesinə başlanılıb: "Bundan başqa, "Şeş-beş" adlanan ərazidə də 24 metr hündürlüyündə şam ağacanın quraşdırılması prosesi davam edir".
O, həmçinin əlavə edib ki, bayram günlərində bulvar ərazisində yerləşən 20-yə yaxın karusel və attraksionun qiymətlərində müəyyən endirimlər nəzərdə tutulur: "Bayram günləri həm də səyahət gəmiləri və qatarlar da endirimli qiymətlərlə fəaliyyət göstərəcək. Saat qülləsinin bəzədilməsi ilə bağlı konkret qərar yoxdur. Bayram günü təhlükəsizlik tədbirləri də yüksək səviyyədə təşkil olunacaq. Çox güman ki, bu il də ənənəyə uyğun olaraq, atəşfəşanlıq olacaq. Bu işi hər zaman Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirir".
Eyni zamanda, Bakının Fəvvarələr meydanında da Yeni ilin simvolu olan şam ağacı hələ dekabrın 3-dən quraşdırılıb. Orada "Nargis Fund"un rəhbərliyi ilə növbəti, dördüncü "Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkası keçirilir.
Yanvarın 15-dək davam edəcək yarmarkada toplanmış vəsait xeyriyyə məqsədləri üçün istifadə olunacaq. Yarmarkanın əsas qonaqları uşaq evlərinin sakinləri olacaq. Onları tanınmış adamlarla görüşlər, sevimli ifaçıların çıxışları, ənənəvi suvenirlər, şirniyyatlar və sponsorların hədiyyələri, sürprizlər və çoxsaylı əyləncələr gözləyir.
Xeyriyyə yarmarkası Fəvvarələr meydanındakı kiçik taxta evlərdə təşkil edilib. Burada doğmalar və yaxın adamlar üçün Yeni İl hədiyyələri, suvenirlər, kitablar, geyim və şirniyyat almaq, bununla da ehtiyacı olan uşaqlara böyük sevinc bəxş etmək olar. Satışa yalnız müxtəlif şirkətlərin məhsulları deyil, həm də internat məktəblərinin yetirmələri tərəfindən hazırlanan məmulatlar çıxarılıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Onların maaşları artırılsın - Deputatdan çağırış
-
Əli Əmirlinin “İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı yeni tamaşanın məşqlərinə başlanılıb - (Foto)
-
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı
-
Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusunun fəaliyyəti dayandırıldı
-
Sabah dünyanın sonu olacaq? - 66 il əvvəlki araşdırma yenidən gündəmdə
-
Əvvəllər milyonlar qazanan kişi indi küçələrdə çətin vəziyyətdədir - (Video)
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü gözlənilir
-
COP31-də 15 milyard dollarlıq razılaşma
-
Onların maaşları artırılsın - Deputatdan çağırış
-
Gülər Hüseynovadan tarixi uğur - Azərbaycan boksunda ilk
-
Əli Əmirlinin “İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı yeni tamaşanın məşqlərinə başlanılıb - (Foto)
-
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı
-
Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusunun fəaliyyəti dayandırıldı
-
Sabah dünyanın sonu olacaq? - 66 il əvvəlki araşdırma yenidən gündəmdə
-
Əvvəllər milyonlar qazanan kişi indi küçələrdə çətin vəziyyətdədir - (Video)
-
Bakıda iki marşrut xəttində avtobuslar yenilənir
-
Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
-
Hava kəskin dəyişir - Xəbərdarlıq edildi
-
Maykl Kerrik qovuldu
-
Putin Kremldə Uitkoff və Kuşnerlə görüşdü
-
Bakıda daha bir böyük idman tədbiri keçiriləcək
-
Pərvin Abıyeva: “Bir-iki saatlıq xəyanətə görə ailə dağıtmayın" - (Video)
-
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - (Video/Foto)
-
Lənkəranda kütləvi zəhərlənmə - 11 nəfərin 3-ü azyaşlıdır
-
Monteneqro Prezidenti Azərbaycana səfər edəcək
-
Paşinyan ayaqqabısını geyinə bilmədi - (Video)
-
Hakimi təhqir etdilər, 4 oyunluq cəza aldılar - AFFA-dan qərar
-
Aslan Fətullayev dəfn edildi - (Yenilənib)
-
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edir - (Foto)
-
Rusiyada polkovnikə qarşı sui-qəsdin detalları - Bomba hava şarı ilə göndərilib





