Azərbaycanda plastik yollar olacaq? - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gələn ilin sonuna qədər Hollandiyada ilk plastik yolların inşası planlaşdırılır. Yeni layihə avtomobil yollarının inşası üçün emal olunmuş məmulatlardan xüsusi modulların hazırlanmasını nəzərdə tutur. Bu modullar asfalta analoji olan yüklənməyə dözmək iqtidarındadır. Ancaq asfalta nisbətdə bir çox üstünlüklərə malikdir. Misal üçün, yüngül çəkisi sayəsində onları daşımaq, bir-biri ilə birləşdirmək və lazımi vəziyyətdə uyğunlaşdırmaq çox asandır. Yolun altındakı torpaq isə daha az çökür.

Qeyd edək ki, bundan əvvəl də bir sıra ölkələrdə suyu özünə hopduraraq istənilən havada quru qalan asfalt yolların çəkilməsinə başlandığı barədə xəbərlər yayılıb.
Videonu izləmək üçün şəklə klikləyin:
Bəs bu cür yeni yol texnologiyalarının Azərbaycanda da tətbiq edilməsi mümkündürmü?

Yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bununla bağlı Milli.Az-a bildirib ki, əvvəla, yeni texnologiyaların xərci çoxdur, ikincisi də, hələ bir müddət gözləmək lazımdır ki, onlar özünü təcrübədə doğrultsun, sonra lazım olsa, bizdə də tətbiq etmək olar:

"O texnologiyalar hələ sınaq mərhələsindədir və çox da geniş tətbiq olunmur. Bundan əlavə, zahirən adama sadə görünsə, əslində, onlar çox bahalı texnologiyalardır. Onu ölkəyə gətirmək, lazım olan materialları burada istehsal etmək böyük problemdir. Onsuz da, plastik dediyimiz yolun da yatağı möhkəm olmalıdır. Yolun əsas elementi onun yatağıdır, yəni altıdır. Əgər alt möhkəm deyilsə, üstündə nə etsən də, xeyri yoxdur, yenə də dağılacaq. Belə yolun yatağının möhkəm olması üçün az bir metlik beton tökülməlidir, armatur atılmalıdır. O zaman da yolun maya dəyəri çox baha başa gəlir.
Bizim üçün indi ən əsas məsələ mövcud təsərrüfatı qoruyub saxlamaq, onu inkişaf etdirməkdir. Məsələn, Bakı-Ələt-Astara-İran sərhədi yolunun müəyyən hissələri bərbad gündədir. Onlar, heç olmasa, ənənəvi qaydada bərpa edilməlidir".

"Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə Milli.Az-a deyib ki, əgər yeni texnologiyalar sınaqdan yaxşı çıxsa, onların ölkəmizdə də tətbiqi mümkündür:

"Suyu özünə çəkən asfalt, eləcə də plastik yollar hələ sınaq mərhələsindədir. Suyu özünü çəkən asfaltdan yollarda istifadə etmək qeyri-mümkündür. Onu yalnız parkinq yerlərində döşəmək olar. Çünki onun da altında xüsusi drenaj sistem qurulmalıdır ki, su oradan axıb getsin. Axı su asfaltdan süzülüb birbaşa torpağa hopmur, çünki su torpağa getsə, yolun yatağını dağıdar. Amma, hələ ki, bu sistem heç bir ölkədə təcrübədə geniş istifadə olunmur. Əgər dünyada geniş tətbiq olunmağa başlasa və özünü doğrultsa, o zaman niyə bizdə də olmasın? Amma, hələ ki, hazırda belə bir şey yoxdur".

A.Nəcəfli qeyd edib ki, artıq Azərbaycanda da bəzi yeniliklərin tətbiqinə başlanılıb: "Son zamanlar bizdə asfalta xüsusi maddə qatılır. Xüsusən də asfaltın sonuncu, aşınma layında istifadə olunan bituma adgeziya qatqısı əlavə olunur. Həmin maddə səth sularının asfalt-beton örtüyünə daxil olmasının qarşını alır, nəticədə asfalt örtüyünün üst layını daha möhkəm edir, yolu vaxtından tez dağılmağa qoymur və onun uzunömürlü olmasına təsir edir. Artıq bu üsuldan Zığ-Əmircan-Yeni Suraxanı və digər yollarda istifadə olunub".
İlkin İzzət
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Daha bir müğənni Afətlə qırğına çıxdı: “Bizi cəmiyyətə əxlaqsız kimi göstərir” - (Video)
-
Piyada keçidində eskalator sıradan çıxıb: Təmir nə vaxt başa çatacaq?
-
Anar Nəcəflidən işdən çıxarılma xəbərinə reaksiya - Yenilənib
-
100-cü mağazaya özəl: 100 məhsulda 2-cisi PULSUZ! (Foto)
-
Qalmaqallı direktor Xoşqədəm Xudiyeva işdən çıxarıldı
-
Pensiya təyinatı ilə bağlı vacib məlumat
XƏBƏR LENTİ
-
"Hörmüz boğazı əvvəlki kimi əhəmiyyətli olmayacaq"
-
Daha bir müğənni Afətlə qırğına çıxdı: “Bizi cəmiyyətə əxlaqsız kimi göstərir” - (Video)
-
Piyada keçidində eskalator sıradan çıxıb: Təmir nə vaxt başa çatacaq?
-
“Hörümçək Adam” 2 milyardlıq rekorda imza atdı
-
“Sabah”ın qazax qapıçısı milliyə çağırıldı
-
Anar Nəcəflidən işdən çıxarılma xəbərinə reaksiya - Yenilənib
-
100-cü mağazaya özəl: 100 məhsulda 2-cisi PULSUZ! (Foto)
-
Qalmaqallı direktor Xoşqədəm Xudiyeva işdən çıxarıldı
-
Rusiyadan Kiyevə kütləvi raket hücumu: 12 ölü, xeyli yaralı var - (Video)
-
Kamilo Duran dubl etdi, "Seltik" qalib gəldi - (Video)
-
Valyuta dəyişdirmək istəyənlərin nəzərinə
-
Pensiya təyinatı ilə bağlı vacib məlumat
-
Hasil Abbasov şöbə müdirini vəzifəsindən azad etdi
-
Fransada itkin düşən tiktokerin meyiti yandırılmış halda tapıldı - (Foto)
-
Messi DÇ-2026-dan sonra ilk qolunu vurdu - (Video)
-
Astarada dənizdə batan şəxsin kimliyi bəlli oldu
-
Bakıda "Ford" aşdı - (Video)
-
"Qarabağ" "Tvente"yə qarşı
-
Ay qırmızıya boyanacaq: Tarix və saat açıqlandı
-
Çingiz xan Berlinin qapısında: Avropa müharibə başlamamış Şərqə necə uduzur
-
Daha bir maşın dərəyə aşdı: Ölən var
-
DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi
-
Seda Sayanın bacısı əməliyyatdan sonra belə oldu - (Video)
-
“Niva” dərəyə aşdı - Ər-arvad öldü - (Foto)





