Saday Şəkərli cəzaçəkmə müəssisəsinə qaytarıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hədə yolu ilə pul tələb etməkdə təqsirləndirilərək həbs olunan yazıçı-şair Saday Şəkərli 6 saylı cəzaçəkmə müəssisəsinə qaytarılıb.
Milli.Az bildirir ki, bu barədə Trend-ə açıqlamasında S.Şəkərlinin vəkili Fəxrəddin Mehtiyev məlumat verib.
Vəkil bildirib ki, S.Şəkərlinin səhhəti nisbətən sabitləşdiyindən o, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə müəssisəsindən cəzaçəkmə müəssisəsinə qaytarılıb. Amma hazırda cəzaçəkmə müəssisəsində həkim nəzarətində saxlanılır.
Qeyd edək ki, S.Şəkərli şəkər xəstəliyindən əziyyət çəkir. O, istintaq dövründə də saxlanıldığı 1 saylı Bakı İstintaq təcridxanasında səhhətində problem yarandığı üçün Müalicə müəssisəsinə köçürülmüşdü və bir neçə ay orada müalicə olunmuşdu.
Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilirdi ki, Bakı şəhər sakini Saday Şəkərovun (Saday Şəkərli) külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Şəkərli 10 il müddətinə azadlıqdan məhrum edilsə də, Bakı Apelyasiya Məhkəməsi hökmü dəyişdirərək onun cəzasını 5 ilə endirib. Müdafiə tərəfi isə qərarla razılaşmayaraq kasasiya şikayəti verib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Əməkdar artist 38 il əvvəl - FOTO
-
Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxılıb - FOTO
-
Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub - FOTO
-
Gəncədə ağır qəza - xəsarət alanlar var
-
Bakı ABŞ-nin II Dünya Süni İntellekt Həftəsinə ev sahibliyi edəcək
-
Əməkdar artistin nəvəsinin məclisindən yeni FOTOlar
-
1300 kilometrlik qatar xətti açılır - 4 ölkə birləşəcək
-
Gündə 3-4 taksi sürücüsünü "müalicə edirəm"
-
Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib - FOTO
-
"Yuventus" dünya çempionunu transfer edir
-
İrəvandakı paradda İran silahı: molla rejimi maskasını birdəfəlik cırıb atdı
-
Pezeşkian Prezident İlham Əliyevi təbrik edib
-
Xoşqədəm Seda Sayanın verilişində ağladı
-
Azərbaycanla münasibətlər Vaşinqton üçün əsas prioritetdir - Kaleb Orr
-
Diplomatik xidmət əməkdaşlarına bu qədər müavinət ödəniləcək
-
Məhərrəmlik ayı bu tarixdə başlayır
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalını Bəstəkarlar İttifaqında keçirilib - FOTO
-
Məhəmməd Şahabuddin Prezident İlham Əliyevə məktub ünvanlayıb
-
Xameneinin dəfn yeri açıqlandı
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
Maşını olanlara pis xəbər: Bu məhsul bahalaşır
-
Casusluqda ittiham olunan şəxsə hökm oxundu
-
Əli Əsədov Denis Şmıqalla görüşdü
-
"Anam o zaman deməyib ki, niyə bu günə qalmısan?"





