Siyasi Araşdırmalar İnstitutu: "Referendumdan sonra iqtisadi sahədə islahatlar daha da dərinləşəcək"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azərbaycanda referendumdan sonra iqtisadi sahədə islahatların daha da dərinləşəcəyi gözlənilir".
Milli,Az bildirir kİ, bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib.
Mərkəzi Seçki Komissiyası tərəfindən referendumun nəticələrinin elan edildiyini xatırladan E.Nəsirov Azərbaycan xalqının Konstitusiyaya edilən 29 dəyişikliyin hər birinə öz müsbət fikrini açıqladığını qeyd edib: "Konstitusiyaya edilən dəyişikliklərlə bağlı ən aşağı səstoplama faizi 83, ən yuxarı isə 92 olub. İndi isə növbəti mərhələ başlayır. Bu mərhələdə Konstitusiyanın 29 maddəsində əksini tapan dəyişikliklər real həyatımızda tətbiqini tapacaq. Yaxın 10 gün ərzində Konstitusiya Məhkəməsinin bu barədə qərarının veriləcəyi gözlənilir".
E.Nəsirov hesab edir ki, referendumdan sonra islahatlar çox sürətlə həyata keçiriləcək: "Bizim buna tam əminliyimiz var. Bu, cənab prezidentin təşəbbüsüdür. Xüsusilə iqtisadi sahədə olan islahatlar daha da dərinləşəcək. Təbii ki, idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlı islahatlar da ən çox diqqətdə olan məsələlərdəndir. Bu istiqamətdə də cənab prezidentin sərəncamlarının olacağı gözlənilir".
Vitse-prezidentlik institutunun Azərbaycanın idarəçilik sistemində yeni bir institut olduğunu deyən E.Nəsirov bu institutun Azərbaycanın idarəedilməsi sisteminə çox ciddi yeniliklər gətirəcəyini də əlavə edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Erlinq Haaland tanınmaz halda - (Foto)
-
Rus ordusu Annovkanı işğal etdi
-
Nə "Qalatasaray", nə də "Fənərbağça" - Rafael Leau bu kluba keçir
-
Sumqayıt Musiqi Kollecinin yeni direktoru kollektivə təqdim olunub
-
Bu xəstəxanaya yeni direktor təyin edidi
-
“Komedixana”nın aktyoru "zapravka"da işləyir? - (Video)
-
Kənan Yıldız ağır zədə aldı
-
Azərbaycana gələn əcnəbilərin sayı açıqlandı
-
Cəmi 2 manata ev sahibi olun
-
Günə 77 qəpiyə “Nar”dan smartfon!
-
Mərhum Xalq artistinin abidəsi adi olmayacaq
-
Avqustun 26-da hava dəyişir: Şimşək çaxacaq, leysan yağacaq
-
Robert Köçəryan və oğlunun saxlanılma görüntüləri - (Video)
-
Xocavənd rayonuna daha 43 ailə yola salındı
-
Yevlaxda yanacaqdoldurma məntəqəsində yanğın: Xəsarət alan var
-
200-dən çox vakansiya: Sloveniyada işləmək istəyənlərin nəzərinə
-
700 bal toplayan Samir bu universitetdə təhsil alacaq
-
Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi keçirilir
-
Tədris ili başlayır: Bakıda kirayə mənzillər neçəyədir?
-
İnvestorlara daha bir imkan: Azərbaycanda yeni mexanizm işə düşür
-
Göyçayda narkotik əməliyyatı: 51 bitki və 2 silah götürüldü
-
Natavan Həbibi görünüşünü dəyişdirdi - (Video)
-
Hərbi toplanış kimlər üçün məcburi deyil?
-
Cabir İmanovun məzarüstü abidəsi hazırlandı - (Foto)





