Ölkə

Murad Adıgözəlzadə Azərbaycan ansamblının yubileyinə gəlmiş xarici qonaqları qəbul edib - FOTO

20 Sentyabr 2016 16:41
Baxış: 2 096
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu il Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının əməkdar kollektivi üçün ən əlamətdar və yaddaqalanlardan biridir. Çünki bu ansambl düz 80 il əvvəl Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəyov tərəfindən Azərbaycan Dövlət Filarmoniyasının tərkibində yaradılıb.

Ansambl öz yubileyini doğma evində - Filarmoniyanın səhnəsində qeyd etmək qərarına gəlib. Bu tədbirin keçirilməsində isə bu kollektivə daim dəstək verən Filarmoniyanın direktoru, xalq artisti Murad Adıgözəlzadənin böyük əməyi olub.

Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının yubileyi münasibətilə kollektivi təbrik etmək məqsədilə dünyanın müxtəlif ölkələrindən ən tanınmış ansambllar xüsusi olaraq Bakıya təşrif buyurub.

Konsertə qədər isə Murad Adıgözəlzadə xarici qonaqları öz kabinetində qəbul edib.

Görüşdə ansamblın bədii rəhbəri, xalq artisti Ağaverdi Paşayev, ansaçblın direktoru Elçin Abbasov, Moldovanın xalq artisti, tanınmış musiqi Konstantin Moskoviç, Qazaxıstanın "Gülbanu" rəqs ansamblının bədii rəhbəri Banu Turunbayeva, Təbrizdən "Səhər", Tehrandan isə "Günay" xalq rəqsləri kollektivlərinin rəhbərləri Əmir Tağı və Mandana Talebi, eləcə də Ankaranın xalq rəqsləri ansamblının rəhbəri İsmail Əroslan iştirak ediblər.

Qonaqları salamlayan M.Adıgözəlzadə onlara yubiley konsertində iştirak etdiklərinə görə minnətdarlığını bildirib.

Ansamblın yubiley tədbirinə gəlmiş qonaqlar da, öz növbəsində, dəvətə görə təşəkkür edərək Bakıya gəlməkdən şad olduqlarını dilə gətiriblər. Onlar Azərbaycan musiqini çox sevdiklərini və onun bir dünya incisi olduğunu vurğulayıblar. İncəsənət xadimləri Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblına bundan sonra da sənət uğurları arzulayıblar.

Yusif Nəsirli

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.