Şəhidlər məscidi niyə bağlandı? - QMİ-dən açıqlama - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Uzun fasilədən sonra aprelin 19-da istifadəyə verilən Şəhidlər Xiyabanının yaxınlığında yerləşən Şəhidlər məscidinin fəaliyyəti yenidən dayandırılıb.
Milli.Az xəbər verir ki, bu barədə məscidə baş çəkən anspress-in əməkdaşı məlumat verib. Bildirilir ki, məscidə girişin qadağan edilməsinin səbəbi məscid daxilində təmir işlərinin aparılmasıdır.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) "Şəhidlər" məscidinin təmirdən sonra istifadəyə verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
QMİ-nin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məsciddə təmir işləri davam edir, ibadət evi hələlik kütləvi tədbirlər, kütləvi ibadət üçün açıq deyil.
"Məscidə axund və imam da bu səbəbdən hələlik təyin olunmayıb. Təmir işləri başa çatıb, məscid kütləvi ibadətə açılandan sonra axund və imam təyinatı da olacaq. Bununla belə, Şəhidlər Xiyabanına gələnlər fərdi şəkildə məscidə gedə və ibadət edə bilər", - deyə mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi və Bakı Şəhər İcra Hakimiyyəti məscidin fəaliyyətinə birlikdə nəzarət edir.
Türkiyə Dəyanət İşləri Vəqfi tərəfindən tikilən və 8 ildir ki, təmirə bağlanan Şəhidlər məscidinin yenidən fəaliyyətə başlaması barədə məlumatı Qafqaz Müsəlmanları İdarəsi vermişdi.
Bildirilirdi ki, məscid aprelin 19-da səhər saatlarından etibarən yenidən fəaliyyətə başlayıb və artıq təyinatlar da olub. Ancaq məscidin axundunun kimliyi hələlik açıqlanmır.
Şəhidlər məscidi 28 iyun 1996-ci ildə açılıb. İbadət ocağı 2008-ci ildən təmirə bağlanıb. Bu ilin yanvar ayında isə məscidin minarələrinin üzərində təmir başlayıb.
Yanvar ayında da məscidin açılacağı barədə məlumatlar yayılmışdı. Məsələyə münasibət bildirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, Şəhidlər məscidinin işlək vəziyyətdə olmaması düzgün deyil.
"Məscid, sadəcə, təmir işləri ilə bağlı fəaliyyətini dayandırıb. Hazırda insanların kütləvi istifadəsi ilə bağlı müzakirələr gedir. Sadəcə, məscid elə yerdə yerləşir ki, ora çoxlu insan gəldikdə yolda problem yaranır. Amma gələcəkdə bu məsələyə baxılacaq".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Anant Ambani dünyanın ən bahalı saat kolleksiyasına sahibdir - (Foto)
-
“Təmiz qolumuz sayılmır, qapımıza gülünc penalti təyin olunur” - (Video)
-
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
-
Premyer Liqanın V turunda "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşıb - Yenilənib
-
Bu dəfə də Xuraman Şuşalını aldatmaq istədilər - (Foto)
-
Dünyanın 50 ən nüfuzlu yəhudisi: Zelenski də siyahıdadır
-
Gəncədə toy karvanında gəlin maşını qəzaya düşdü - (Foto)
-
Kimi Antonelli İspaniya Qran-prisinin qalibi olub
-
“Əlaçı” verilişində səhv cavab doğru sayıldı - (Video)
-
“Allah sizi görür...” - Ruben Neveşə qarşı böyük hörmətsizlik - (Video)
-
Putini çəkib qaçdılar, özləri kameraya düşdülər - (Video)
-
Yoxa çıxan gəmidəkilərdən 107 nəfəri xilas olundu - 130 itkin var - Yenilənib - (Video)
-
Azərbaycan gimnastları dünya çempionatında gümüş medal qazandılar - (Foto)
-
Tehrandan nüvə təhdidi
-
Premyer Liqa: "Turan Tovuz" "Araz-Naxçıvan"la heç-heçə edib
-
Putinin istirahət günü yoxdur - Peskov
-
65 və 82 faizli yağlar eyni deyil - Harada istifadə etmək lazımdır?
-
Niran Ünsalın 9 illik ailəsi dağılır
-
"Müharibə etmək istəyirlərsə, cəsur əsgərlərimizlə döyüşsünlər"
-
Ətir seçərkən bunlara diqqət edin
-
Vergi xidmətinin əməkdaşı vəfat etdi
-
Putin "sürpriz" hazırlayır - ABŞ ordusunun generalı
-
Paolu Maldininin oğlu qəzaya düşdü
-
“Yeraltı”nın yayım tarixi bəlli oldu





