Ölkə

Məktəb direktorları üçün müsabiqə: 600 yerə 2500 namizəd var

31 Mart 2016 19:35
1 Şərh     Baxış: 1 757
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə təyin olunmaq üçün elektron ərizələrin qeydiyyatı artıq başa çatıb.

Milli.Az xəbər verir ki, "Təhsil" televiziyasının lent.az İnformasiya Agentliyi ilə birgə layihəsi olan "Təməl" verilişinin budəfəki buraxılışında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri İlham Nağıyev yeni qaydalarla bağlı ətraflı məlumat verib.

İ.Nağıyev bildirib ki, 600-ə yaxın vakant direktor yeri üçün 2500-ə yaxın namizəd elektron müraciət edib. Hətta bir yer uğrunda 30 namizəd mübarizə aparacaq.

Qeyd edək ki, ərizəsi təsdiq olunmuş namizədlər üçün növbəti mərhələ aprel ayında baş tutacaq. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.