Ölkə

Müdirlər yazıb-oxuya bilməyən məzunlara görə nazirliyə çağırıldı

31 Mart 2016 17:14
2 Şərh     Baxış: 1 287

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ötən ilin yekunlarına dair hesabatında 9 və 11-ci siniflər üzrə 100 nəfər məzunun yazıb-oxuya bilmədiyini qeyd edilib. Bu məlumat ciddi müzakirələrə yol açıb, hətta sensasiya doğurub... 

Hesabata əsasən, 11-ci siniflər üzrə Sabirabad rayonunda 6 nəfər, Hacıqabul rayonunda 3 nəfər, Tovuz rayonunda 2 nəfər, Daşkəsən, Gədəbəy, Qazax, Goranboy, İmişli, Astara, Lerik, Yardımlı və Masallı rayonlarının hərəsində 1 nəfər, 9-cu siniflər üzrə Astara rayonunda 12 nəfər, Sabirabad rayonunda 9 nəfər, Lerik rayonunda 8 nəfər, Gədəbəy, Tovuz, Cəlilabad və Masallı rayonmlarının hər birində 4 nəfər, Qazax, Goranboy və Bərdə rayonlarının hərəsində 3 nəfər, Daşkəsən, Şəmkir, Ağstafa, Ağcəbədi, Ağdaş, Yardımlı və Hacıqabul rayonlarının hərəsində 2 nəfər, Qax, Kəlbəcər, Qəbələ, Ordubad, Xızı, Ağdam, Xaçmaz və Cəbrayıl rayonlarının hərəsində 1 nəfər oxuyub-yazmağı bacarmır.

Milli.Az bildirir ki, TQDK-nın nümayəndəsi Nəsimi Kazımov modern.az-a açıqlamasında yazıb-oxumağı bacarmayanlar haqqında əlavə məlumatın verilməsinin mümkünsüzlüyünü qeyd edib. Lakin o, vurğulayıb ki, hansı Təhsil şöbələrindən həmin şagirdlər haqqında maraqlanan olubsa, onlara məlumatlar göndərilib.

Adları çəkilən rayonlardan bəzilərinin Təhsil şöbələri əlaqə saxlamağa çalışıb. Lakin əksər Təhsil şöbələrinin müdirlərinin yerlərində olmadığı bildirilib.

Təhsil şöbələrindən verilən məlumata görə, şöbə müdirləri Təhsil Nazirliyinə çağrıldığı üçün hazırda işdə deyillər. İşçilər bildiriblər ki, şöbə müdirləri bu gün Bakıya yola düşüblər.

Təhsil Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olmadı.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Həqiqət · 31 Mart 2016 17:3600

    Müdir neynəsin valideyin şagirdi gizlədib məktəbə göndermirsə.Sehv ya valideyindədi yada kasıbçılıqda.Müəlim bilmir ders keçsin ya valideyinlərə yalvarsınki şagirdi dersə gönder.Yazıq müəllim.

    Cavab yaz
  • Anonim
    səid. · 31 Mart 2016 18:0900

    Valideyn öz uşaqını məktəbə göndərə bilmirse müəllim neynəsin?Ata anasını eşitməyən müəllimi eşidəcək

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.