Ölkə

Maliyyə Bazarlarına Nəzarət Palatasının strukturu açıqlandı

3 Mart 2016 15:47
Baxış: 3 116
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Maliyyə Bazarlarına Nəzarət Palatası ikisəviyyəli idarəetmə strukturuna malik olacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə İşçi Qrupunun rəhbəri Rüfət Aslanlı deyib.

R.Aslanlının sözlərinə görə, ali idarəetmə orqanı ölkə başçısı tərəfindən formalaşdırılacaq və Direktorlar Şurası adlanacaq. Cari əməliyyat idarəetməsini isə İdarə Heyəti həyata keçirəcək.

"Direktorlar Şurası Palatanın fəaliyyətin bütün strateji aspektlərini müəyyən edəcək, onun təşkilatı struktur, daxili prosedur və qaydalarını müəyyən edəcək, normativ aktların qəbulu ilə məşğul olacaq. Direktorlar Şurası, həmçinin maliyyələşmə və büdcə prinsiplərini müəyyən edəcək. İdarə Heyəti isə gündəlik fəaliyyəti təşkil edəcək", - deyə R. Aslanlı qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.