Avtobus sürücülərinin "uşaq hərəkətləri" - Balacalara görə pul ödəməliyikmi?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Oxuculardan Milli.Az-ın redaksiyasına Azərbaycanda sərnişin avtobusları sürücüləri tərəfindən uşaqlara görə gediş haqqının tələb edilməsi və ya "pul verməyəcək" deyə dayanacaqlarda gözləyən məktəb yaşlı uşaqlar üçün avtobusların saxlanmaması ilə bağlı xeyli şikayət daxil olub.
Problemlə bağlı Milli.Az-ın sorğusunu cavablandıran Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı deyib ki, dayanacaqda sərnişin dayanıbsa, bütün marşrut avtobuslarının sürücüləri kimliyindən və onun yaşından asılı olmayaraq, onlar üçün avtobusu saxlamalıdırlar: "Dayanacaqda dayanan şəxs ictimai nəqliyyatdan müstəqil şəkildə istifadə edə biləcək yaşdadırsa, hətta o, azyaşlı olsa belə, sürücü avtobusu saxlayıb onu götürməlidir. Ödəniş edilməsinə gəlincə, bizdə, hələ ki, avtobusların çoxunda sərnişinlər avtobusdan düşərkən ödəniş edirlər. Yalnız "BakuBus" avtobuslarında sərnişin avtobusa minərkən öncədən plastik kartla ödəniş edir. Sürücülər kimin ödəniş edib-etməyəcəyini əvvəlcədən bilə bilməzlər. Hətta onlar həmin şəxsin gediş haqqını hansısa yolla əvvəlcədən bilsələr belə, bu, avtobusu onun üçün saxlamağa əsas vermir, ona görə də bütün hallarda avtobusu dayanacaqda saxlamalıdırlar. Əgər sərnişinlər belə halla rastlaşarsa, həmin sürücünün cəzalandırılması üçün NİİM-ə, "BakuBus" MMC-nin "qaynar xətti"nə müraciət edə bilərlər".
Məsələ ilə əlaqədar "BakuBus" MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova Milli.Az-a deyib ki, onların avtobuslarında 7 yaşdan yuxarı bütün uşaqların gedişinə görə ödəniş edilməlidir: "Təbii ki, bizim sürücülər azyaşlılardan kartla ödənişin edilməsini tələb etmirlər. Amma uşağın yaşı 7-dən yuxarıdırsa, mütləq ödəniş edilməlidir. Lakin uşaq məktəblidirsə, təkdirsə, şagird yoldaşları ilə birlikdə məktəbdən çıxıbsa, üstündə kartı yoxdursa, təbii ki, belə hallarda sürücü uşağı avtobusdan endirmir və bunu edə də bilməz. İndiyədək bizdə belə bir fakt qeydə alınmayıb. Amma sərnişin də öz məsuliyyətini dərk etməli, xüsusən də uşaqların valideynləri övladlarına ictimai nəqliyyatda ödəniş etmə mədəniyyətini aşılamalıdırlar".
Yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov isə Milli.Az-a bildirib ki, mövcud qanunvericiliyə görə, ictimai nəqliyyatda yalnız 10 yaşdan yuxarı uşaqlar tam bilet haqqını ödəməlidirlər: "Nazirlər Kabinetinin təsdiq etdiyi "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"na əsasən, müntəzəm avtobus marşrutlarında sərnişin özü ilə ayrıca yer tutmadan gediş haqqı ödənilmədən 5 yaşa qədər bir uşaq aparmaq hüququna malikdir. Ayrıca yer tutan 5 yaşa qədər uşağa uşaq bileti alınmalıdır. Sərnişinlə 5 yaşa qədər bir neçə uşaq getdikdə pulsuz gedən bir uşaqdan başqa hər birinə, həmçinin 5 yaşdan 10 yaşadək hər bir uşağa uşaq gediş bileti alınmalıdır. 10 yaşdan yuxarı olan uşaqların getməsinə görə gediş haqqı müəyyən olunmuş tarifin tam həcmində alınır. Marşrut taksi rejimində işləyən avtobuslarda uşaq biletləri tətbiq edilmir və ayrıca yer tutan uşağa müəyyən olunmuş tarifin tam həcmində gediş bileti alınır. Bu qayda həm şəhərdaxili, həm də şəhərlərarası nəqliyyata aiddir. Amma faktiki olaraq bizdə bu məsələyə formal yanaşılır. Belə ki, 5 yaşadək, eləcə də 5-10 yaş arası uşaqlar üçün uşaq gediş biletinin nədən ibarət olduğunu heç kim dəqiq bilmir. Ona görə də avtobus sürücüləri bu məsələlərə öz bildiyi kimi gözəyarı yanaşırlar. Uşaq kiçikdirsə, deyir ki, keç get, nisbətən böyükdürsə, ondan pul tələb edir. Amma 10 yaşından yuxarı uşaq üçün gediş haqqı tam ödənilməlidir".
Avtobusun dayanacaqda saxlamaması məsələsinə gəlincə, ekspert qeyd edib ki, həmin qaydaya əsasən, düşmək və minmək istəyən sərnişinlərin olub-olmamasından asılı olmayaraq, avtobuslar marşrut sxemi üzrə yerləşən bütün dayanacaqlarda dayanmalı, qapılar mütləq açılıb-bağlanmalıdır. Eyni qaydada, sərnişinlərin varlığından asılı olmayaraq, dayanacaqdan kənar saxlamaq olmaz. Hər iki halda qaydaya əməl etməyən sürücülər inzibati məsuliyyətə cəlb edilirlər.
İlkin İzzət
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
XƏBƏR LENTİ
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq
-
Qubada 30 yaşlı kişi dəm qazından boğularaq öldü
-
Hava şəraiti ilə bağlı xəbərdarlıq
-
İrana hücum üçün hər gün Trampa zəng edir
-
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
-
Azərbaycanda 9 gün iş olmayacaq
-
“Real Madrid”in sabiq hücumçusu İspaniya klubunu çalışdıracaq
-
Yasən Məmmədov vəfat etdi
-
Zelenski bu gün Danimarkaya səfər edəcək
-
Bankların kredit qərarlarında yeni qayda qüvvəyə mindi
-
Azərbaycan XİN Polşanın Krakov şəhərində baş verən atışma ilə bağlı başsağlığı verib
-
Ayın 11-də intensiv yağış yağacaq - Proqnoz
-
BDYP sürücülərə müraciət etdi
-
Hava ilə bağlı son məlumat
-
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb
-
Bakıda məşhur xəstəxana bağlanır





