Azərbaycanda erməni mahnılarını kim yayır? - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Oxucularımızdan biri Milli.Az-a video material göndərərək qeyd edib ki, dünən, noyabrın 20-də avtomobillə Oğuz, Şəki, Qəbələ və İsmayıllı rayonlarından keçərkən həmin zonada yol boyu erməni radiosunun dalğasını (hay radio) çox təmiz tutmaq mümkün olub. Hətta dalğa o qədər güclü olub ki, hətta yerli radiolarımızı da tutmaqda çətinlik yaşanıb: "Bu yolu gedən xarici vətəndaş olsa, özünü Azərbaycan torpağında yox, Ermənistanda zənn edər. Üzü qara olmuşlar hər tərəfdən bizə təsir edirlər".
Məsələ ilə bağlı Milli.Az-ın sorğusunu cavablandıran Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) "Teleradio" İstehsalat Birliyinin baş direktoru Əflatun Şərifov bildirib ki, texniki baxımdan qısa müddətlik belə bir şeyin olması mümkündür: "Radio dalğaların yayılması ərazinin dağlıq və ya düzən olmasından, eləcə də yağmurlu və quru olmasından asılı olaraq dəyişir. Bəzən belə hallar olur. O da adətən ermənilərin Şuşa radiostansiyasından yaydıqları dalğalar olur. Çünki onların bizə ən yaxın, ən hündür stansiyası orada yerləşir. Amma konkret bu halda avtomobilin radioqəbiledicisinin parametrlərini də bilmək lazımdır".
Baş direktor qeyd edib ki, bütün hallarda bu fakt mütləq araşdırılacaq və əgər belə bir şey varsa, qarşısı alınacaq. Amma onun olması hələ bu halın həmin ərazidə mütəmadi təkrarlanması demək deyil: "Bizim Dövlət Radiotezliklər İdarəmiz var. Onlar belə hallarla əlaqədar mütəmadi olaraq bütün respublika ərazisi üzrə monitoriq aparırlar. Bunun üçün İdarənin 15 məntəqəsi fəaliyyət göstərir. Əgər Azərbaycan ərazisində istər ermənilərin, istərsə də qonşu dövlətlərin radio və televiziyalarının qeyri-qanuni yayımı halı qeydə alınarsa və bu təkrarlanarsa, dərhal problemin aradan qaldırılması üçün texniki tədbir görülür. Respublika ərazisinin yad dalğalardan qorunması üçün əlimizdə 60-dan çox və müxtəlif təyinatlı texniki vasitələr var. Bu, kifayət qədər güclü resursdur".
Ə.Şərifovun sözlərinə görə, Azərbaycanın teleradio dalğalarının yayım vasitələri qonşu dövlətlərinkindən daha güclüdür: "Bizim Ağsuda "Gülüstan" stansiyamız var. Onun dalğaları birbaşa Yerevanadək gedib çıxır. Bəzən İrandakı həmkarlarımız bizə deyirlər ki, sizin dalğalar Xəzər dənizi üzərindən yayılaraq onların ərazisində tutur. Yenə də deyirəm, müəyyən hava şəraitində, qısa müddət ərzində bəzi yerlərdə yad dalğaların respublikamızın daxilinə yayılması istisna edilmir. Amma bu heç zaman daimi və ya uzunmüddətli ola bilməz. Biz o dalğaları mütləq vururuq".
İlkin İzzət
Milli.Az
Videoları izləmək üçün şəkillərə klikləyin.
DİGƏR XƏBƏRLƏR
-
Ağacların kəsilməsi zamanı qayda pozuntusuna yol verən əməkdaş işdən azad edilib
-
Bakıdan İrana sərt mesaj: “Əvvəl öz problemlərinizi həll edin”
-
Azərbaycanda kənd yumurtası bahalaşdı
-
Deputatın həbs edilən oğlunun görüntüləri - (Video)
-
Acunun keçmiş arvadı tövbə etdiyini açıqlamışdı, bu görüntüləri yenidən paylaşdı - (Video)
-
Azərbaycanda yüz minlərlə insanın aldığı ödənişlərlə bağlı yeni xəbər
XƏBƏR LENTİ
-
“Sabah” Azərbaycan çempionatının rekordunu təkrarladı
-
Boksçumuz Avropa çempionu oldu
-
Ağacların kəsilməsi zamanı qayda pozuntusuna yol verən əməkdaş işdən azad edilib
-
Rahib Hz. Musa kimi dənizi yarmağa çalışdı - Gülünc vəziyyətə düşdü - (Video)
-
Bakıdan İrana sərt mesaj: “Əvvəl öz problemlərinizi həll edin”
-
İnfantinodan “Qarabağ”ın oyunu ilə bağlı paylaşım - (Video)
-
Azərbaycanda kənd yumurtası bahalaşdı
-
Azərbaycan XİN Avstriyanı təbrik etdi
-
Deputatın həbs edilən oğlunun görüntüləri - (Video)
-
Acunun keçmiş arvadı tövbə etdiyini açıqlamışdı, bu görüntüləri yenidən paylaşdı - (Video)
-
Azərbaycanda yüz minlərlə insanın aldığı ödənişlərlə bağlı yeni xəbər
-
Siyəzəndə evdən meyit tapıldı
-
Azərbaycanda iki gündə 65 şübhəli saxlanıldı
-
Daha bir yolayrıcında svetoforlar quraşdırıldı
-
Azərbaycanda kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLAMA
-
Bakıda bu küçədə hərəkət məhdudlaşdırılır
-
Mətbuat Şurası jurnalistlərin IX qurultayının qərarını şərh edib
-
DİN: Xətai rayonunda cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - (Video)
-
Bu axşam "Qalatasaray" "Fənərbağça" derbisi var
-
Qızılın və gümüşün qiyməti dəyişdi
-
Kilsədə qətliam törədən şəxslər saxlanıldı
-
Paytaxtın bu ərazilərində qaz olmayacaq
-
"Formula 1" üzrə ABŞ Qran-prisinin qalibi bəlli oldu
-
Dünya bazarlarında neftin qiyməti ucuzlaşdı









