Ölkə

DİN Bakıda polisin vurulması ilə bağlı təfərrüatları açıqladı - YENİLƏNİB

26 Oktyabr 2015 13:33
3 Şərh     Baxış: 7 917
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

13:33

Xətai rayonunun 36-cı Polis Bölməsinin əməkdaşı İltifat Bayramovu yaralamış Yevgeniy Antonovskiy artıq saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə daxil olan məlumata görə, oktyabrın 26-da saat 05 radələrində Xətai rayonu ərazisində xidmətdə olan 36-cı Polis Bölməsinin əməkdaşları İltifat Bayramov və İsmayıl Şahbazov şübhə doğuran 2 nəfərə yaxınlaşarkən onlardan biri odlu silahdan atəş açaraq, İ.Bayramova ayaq nahiyəsindən xəsarət yetirib. Hər iki şübhəli şəxs hadisə yerini tərk edib.

Həyata keçirilmiş tədbirlər nəticəsində onlardan biri - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yevgeniy Antonovskiy artıq saxlanılıb. Ondan kustar üsulla hazırlanmış tapança götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

----------

10:28

Bakıda polis əməkdaşının güllələnməsinin bəzi detalları məlum olub.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməliyyatçısı, polis baş leytenantı İltifat Bayramov bir neçə polis əməkdaşı ilə birgə xidmətdə olarkən naməlum şəxs onlara tapançadan bir neçə dəfə atəş açıb. Güllələrdən biri İ.Bayramova dəyib. Yaralı Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib.

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən Yevgeni Antonov tutulub. Ondan hadisədə istifadə etdiyi "Naqan" tipli tapança götürülüb.

Faktla bağlı Xətai Rayon Prokurorlu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

-----------

10:17

Bakıda silahlı insident olub.

Milli.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə oktyabrın 25-dən 26-na keçən gecə Xətai rayonu ərazisində qeydə alınıb.

Xətai Rayon Polis İdarəsinin əməliyyatçısı güllələnib. Polis zabiti xəstəxanaya yerləşdirilib.

Xətai Rayon Polis İdarəsindən APA-ya faktı təsdiq ediblər. Polis əməkdaşının adı açıqlanmasa da, hadisəni törədən şəxsin artıq tutulduğu bildirilib. İnsidentin motivi də hələlik açıqlanmır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.