İpoteka müzakirələri: yaş həddi qaldırılsa...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda gənc alimlər üçün yaş həddinin 30-dan 40-dək qaldırılmasını istəyirik. Bundan əlavə, gənc alim dedikdə yalnız elmlər namizədi və ya elmlər doktoru anlayışı ilə məhdudlaşmamalıyıq.
Bu barədə Milli.Az-a açıqlamasında Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.
İ.Babayev qeyd edib ki, Gənclər və İdman Nazirliyi Milli Məclisə "Gənclər siyasəti haqqında" Qanuna dəyişikliklərin edilməsi və alimlər üçün gənclik yaş həddinin 40 yaşa qaldırılması üçün təkliflə müraciət edəcək:
"Bu ideya haradan yaranıb? "Gənclər siyasəti haqqında" Qanunda "gənc", "gənc ailə", "gənclər təşkilatları", "gənc vətəndaş" anlayışları öz əksini tapıb. Əgər gənc anlayışı sadəcə 14-29 yaşlarını əhatə edirsə, gənc ailə dedikdə burada yuxarı yaş həddi 35-dir. Bunu vaxtilə gənclərin müvafiq sosial imtiyazlardan istifadə imkanlarının genişlənməsi üçün etdik. İndi isə təhlil və reallıq göstərir ki, Azərbaycanda 29 yaşadək gənc alimlərin sayı çox azdır. Düzdür, gənclər elm sahəsinə gəlirlər, amma burada söhbət məhz alimlərdən, yəni elmlər namizədi, elmlər doktorlarından və s. gedir. Sənədlərdə əks olunub ki, gənc alimlər sosial ipoteka və ya digər sahədə imtiyazlar əldə edə bilərlər. Amma bu insanların sayı məhduddur. Biz düşünürük ki, yaş həddi artsa, digər qanunvericlik aktlarında da güzəşt və imtiyazlarının tətbiq olunduğu bu kateqoriyadan olan insanların sayı artırıla bilər. Bu addım sosial sahənin əhatə edə biləcəyi insanların sayını artıracaq, yəni gənc alim 29 yaşla məhdudlaşmayacaq. Hər halda bununla bağlı həm parlamentdə, həm AMEA-da aidiyyatı üzrə geniş müzakirələr keçiriləcək. Amma düşünürəm ki, "Gənclər siyasəti haqqında" Qanunda gənc alimlərin yaş həddinin 40 yaşadək artırılması öz əksini tapa bilər".
Nazir müavinin sözlərinə görə, bu dəyişiklik gənclər siyasəti, elmin inkişafına yönəlmiş strategiya və digər sahələrin əhatə edəcəyi insanların sayının artmasına gətirib çıxaracaq: "Bununla onlar həm də əlavə stimul əldə edirlər. Məsələn, bizim nazirlik gənc alimlərin layihələrinə, tədqiqatlarına, nəşrlərinin çapına, beynəlxalq tədbirlərdə iştirakına və xarici səfərlərinə dəstək verir. Amma bu gün biz bunu yalnız 30 yaşadək alimlər üçün edə bilirik. Çünki daha artıq yaşlı insanlar üçün bunları etməyə ixtiyarımız yoxdur. Amma yaş həddi artdıqda bu işləri 40 yaşadək alimlər üçün də edə biləcəyik".
Bundan başqa, İ.Babayev bildirib ki, onlar gənc alim anlayışının özünün də əhatə dairəsinin genişlənməsi marağındadırlar: "Fikrimcə, gənc alim dedikdə biz yalnız elmlər namizədi və ya elmlər doktoru anlayışı ilə məhdudlaşmamalıyıq. Əgər bu gün gənc hansısa elmi-tədqiqat müəssisəsində çalışırsa, o artıq gənc alim olmasa da, elm sahəsində olan gəncdir. Biz çox istərdik ki, gələcəkdə sosial ipoteka məsələləri ilə bağlı əlavə və düzəlişlər edildikdə orada təkcə gənc ailə yox, eyni zamanda subay fərdlər məsələsi də əksini tapsın. Bununla bağlı məsələ daha əvvəl təqdim etdiyimiz təkliflər paketində yer alıb. Amma təbii ki, bütün bunlarla bağlı son sözü Milli Məclis deyəcək".
İlkin İzzət
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qaxda 44 yaşlı şəxs bıçaqlandı
-
Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç olub
-
Paytaxtın 8 küçəsində tıxac var
-
Eşşəkdən pələngədək: məşhurların ən qeyri-adi ev heyvanları
-
Gülben Ergen vəsiyyətnaməsini eks-həyat yoldaşına verəcək - (Foto)
-
45 yaşlı Adriana Limanın son görüntüsü - (Foto)
XƏBƏR LENTİ
-
Qaxda 44 yaşlı şəxs bıçaqlandı
-
Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç olub
-
Paytaxtın 8 küçəsində tıxac var
-
Nə pilates, nə fitnes, nə də yoqa: Bədən üçün ən sağlam idman növü bəlli oldu
-
Eşşəkdən pələngədək: məşhurların ən qeyri-adi ev heyvanları
-
Ərinin geyiminə reaksiyası müzakirələrə səbəb oldu - (Video)
-
Ruh sağlamlığınızın pisləşdiyini göstərən 8 əlamət
-
Gülben Ergen vəsiyyətnaməsini eks-həyat yoldaşına verəcək - (Foto)
-
Suyun içinə 3 qaşıq əlavə edin: Siçanlar yolunu dəyişəcək
-
45 yaşlı Adriana Limanın son görüntüsü - (Foto)
-
Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq - (Video)
-
Həyat yoldaşınızın sizi aldatdığını büruzə verən 7 sözdən ibarət cümlə
-
Evinizdə bu çiçəkləri saxlamayın: Havanı zəhərləyir, təhlükə saçır
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Bakıda 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı
-
Günün qoroskopu: Pula görə özünüzü stresə sala bilərsiniz
-
Qubadlıda yaşayış kompleksi tikilir - (Video)
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Sabah bu ərazilərdə işıq olmayacaq
-
Nikolas Keycin son halı - (Foto)
-
Evdə yoxsa şarj stansiyasında? Elektrikli avtomobillərin yürüşü və qiymətində kəskin fərq - (Video)
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu - (Foto)
-
Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi





