Ölkə

Bakıda məktəb direktorunun maraqlı FOTOsu

14 Sentyabr 2015 14:56
159 Şərh     Baxış: 43 922
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yeni tədris ili astanasında sosial şəbəkələrdə Binəqədi qəsəbəsi 179 saylı orta məktəbin direktoru Kamalə Məcid qızı Şıxliniskiyə məxsus maraqlı fotolar yayımlanıb.

Xanım direktorun "silahlı" fotoları gün ərzində sosial şəbəkələrdə "bomba kimi" partlasa da, sonradan onların ildırım sürətilə təmizləndiyinin şahidi olduq.

Milli.Az xəbər verir ki, aznews.az saytı həmin direktorla bağlı maraqlı faktlar əldə edib.

Məlum olub ki, bu fotoların mövcudluğundan Mikayıl Cabbarovun xəbəri olsa da, xanım direktorla bağlı qərar qəbul etməkdə tərəddüd edib. Buna səbəb Kamalə Şıxliniskinin "ağır çəkili" himayədarlarının olmasıdır. Belə ki, Kamalə Şıxliniski Şəmkir rayon təhsil şöbəsinin müdiri Məcid Şıxliniskinin qızıdır.

Qeyd edək ki, Abdullayeva (Şıxliniski) Kəmalə Məcid qızı 17 mart, 1981-ci ildə anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət Dillər Universitetini bitirib. Binəqədi rayonu Qorxmaz Baxşıyev adına 179 saylı tam orta məktəbin direktorudur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.