Ölkə

Rasim Musayev dəfn olundu - YENİLƏNİB - VİDEO - FOTO

4 Sentyabr 2015 15:18
63 Şərh     Baxış: 35 464
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13:38

Dünən ürəktutmasından dünyasını dəyişən general Rasim Musayev bu gün dəfn olunur.

Qafqazinfo xəbər verir ki, general "Mehdiabad" qəbiristanlığında torpağa tapşırılıb. R.Musayevin dəfnində Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşları, o cümlədən nazir Ramil Usubov da iştirak edib.

Qeyd edək ki, Rasim Musayevə 2011-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə  polis general-mayoru ali xüsusi rütbəsi verilib.

Öz xahişi əsasında, 2013-cü il yanvarın 21-də daxili işlər nazirinin əmri ilə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edilib. Onu da əlavə edək ki, R.Musayev Gəncə polisinə rəhbərlik edən ilk general olub. Eyni zamanda, onun bu vəzifədən hansı səbəblərdən istefa verməsi uzun müddət mətbuatın müzakirə mövzusu olub.

Gəncədən Bakıya qayıdan general bir neçə gün sonra, yəni 2013-cü ilin fevral ayının 2-də Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi təyin edilmişdi.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

фото

------------

15:18

Foto: Milli.Az, Report.az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.