"Şamaxinka" istiqamətində yol açılıb, Biləcəri istiqamətində təmir davam edir - Anar Nəcəfli
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Paytaxtın Binəqədi rayonu, Moskva prospektinin kənar yolunun Biləcəri enişi hissəsində aparılan təmir işlərinin bir hissəsi başa çatdırılıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Anar Nəcəfli bildirib ki, Şamaxinka adlanan ərazidən Sumqayıt yolu istiqamətində hərəkət sentyabrın 6-da səhər saat 05:00-dan etibarən bərpa olunub.
Onun sözlərinə görə, ərazidə təmir işləri gecə saatlarında da fasiləsiz davam etdirilib və yolun Sumqayıt istiqamətində olan hissəsində işlər yekunlaşdırılaraq nəqliyyat vasitələrinin hərəkətinə şərait yaradılıb.
"Hazırda Sumqayıt yolu istiqamətində hərəkət açıqdır. Biləcəri istiqamətində isə təmir işləri davam etdirilir. Həmin istiqamətdə də işlərin tamamlanaraq sentyabrın 7-də səhər saatlarından etibarən yolun hərəkətə açılması nəzərdə tutulur", - Anar Nəcəfli qeyd edib.
Qeyd edək ki, sözügedən ərazidə təmir işlərinə sentyabrın 4-də saat 20:00-dan etibarən başlanılıb. Bununla əlaqədar Moskva prospektinin kənar yolunun Biləcəri enişi hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılmışdı.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Gəncədə 18 minlik qızıl oğurlayan şəxs saxlanıldı
-
İki güləşçimiz dünya çempionatının yarımfinalında
-
Azərbaycanda 1800 vətəndaş orqanlarını bağışladı
-
Türkiyə ordusu şəhid verdi
-
Bərdədə yeniyetmə ağır qəza törətdi
-
Bakıdan Moskvaya gəmi ilə kruiz turu başlayacaq
-
Bakıya uçan təyyarə havaya qalxa bilmədi
-
Bakıdan Tbilisiyə daha ucuz qiymətə gedə biləcəksiniz
-
"Nobel" arzusu xanımına nəsib ola bilər
-
Tramp kameraların önündə jurnalisti təhqir etdi
-
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
-
Paşinyan yeni pasport üçün şəkil çəkdirdi
-
Məşhur aktyor metroda gecələdi - (Foto)
-
“44” filminin kinoteatr nümayişində rekord izləyici qeydə alınıb
-
Neymardan sonra bunu bacaran ilk futbolçu oldu
-
Xəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək
-
Kəmalə Günəşli canlı ifası ilə müzakirə yaratdı - (Video)
-
Noyabrın 1-nə olan hava proqnozu açıqlanıb
-
Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
-
Kredit götürənlərə pis xəbər! – Bu yaşda olanlar sığortalanmayacaq
-
“Görmüşəm ki, xanım sənətçini qolundan tutub səhnədən aşağı endiriblər”
-
“Yeraltı” serialının aktyoru rus fanatları ilə - (Video)
-
Anbardar iş adamını aldatdı: Milyonluq dələduzluq
-
Nəfəsin ifasına əməkdar artistin rəqsi diqqət çəkdi - (Video)





