WUF13 şəhərsalma və mənzil sahəsində əməkdaşlıq üçün mühüm platformadır - Qabonlu nazir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda keçirilən WUF13f şəhərsalma və mənzil sahəsində əməkdaşlıq üçün mühüm platformadır.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Qabonun Mənzil, Yaşayış Məntəqələri, Şəhərsalma və Torpaq Reyestri naziri Mays Mouissi WUF13 çərçivəsində keçirilən nazirlərin dəyirmi masasında deyib.
O bildirib ki, Bakıda keçirilən 13-cü Dünya Şəhər Forumunda iştirak etmək Qabon üçün mühüm əhəmiyyət daşıyır və ev sahibi Azərbaycana təşəkkür edib.
Nazir qeyd edib ki, hazırda dünya ciddi mənzil böhranı ilə üz-üzədir: "Bu mövzu - 'Dünyanı mənzillə təmin etmək: təhlükəsiz və dayanıqlı şəhər və icmalar' - iqlim və sosial çağırışlar qarşısında səfərbərlik çağırışıdır".
Onun sözlərinə görə, dünyada 3 milyarddan çox insan qeyri-qənaətbəxş şəraitdə yaşayır, 300 milyondan çox insan isə evsizlik problemi ilə üzləşir. Afrikada isə təxminən 600 milyon insan hələ də elektrik enerjisindən məhrumdur.
Nazir əlavə edib ki, Qabon da bu çağırışlardan kənarda deyil: "Ölkəmizdə urbanizasiya səviyyəsi 80 faizdən çoxdur və biz təxminən 300 min mənzil çatışmazlığı ilə üz-üzəyik. Bu vəziyyət şəhərlərdə əhalinin artımı ilə daha da ağırlaşır", - deyə o vurğulayıb.
O bildirib ki, iqlim dəyişikliyi nəticəsində daşqınlar, eroziya və torpaq sürüşmələri kimi risklər xüsusilə həssas yaşayış məntəqələrinə ciddi təsir göstərir.
Mays Mouissi qeyd edib ki, prezident Brice Oligui Nguema rəhbərliyi ilə ölkədə dərin mənzil və torpaq islahatları həyata keçirilir.
"Bu islahatların məqsədi vətəndaşların layiqli mənzilə və torpaq mülkiyyətinə çıxışını təmin etməkdir", - deyə o bildirib.
Nazir əlavə edib ki, bu çərçivədə Qabon Mənzil Fondu yaradılıb, dövlət-özəl tərəfdaşlıqları (PPP) genişləndirilib və ölkədə minlərlə mənzil tikintisi həyata keçirilir. Həmçinin minlərlə torpaq sahəsinin istifadəyə verildiyi qeyd olunub.
O bildirib ki, Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində bir neçə regionda şəhərsalma üzrə baş planlar hazırlanıb və planlaşdırma sənədləri daha da təkmilləşdirilir.
Çıxışının sonunda nazir vurğulayıb ki, Qabon "ölçülə bilməyən idarə oluna bilməz" prinsipi ilə şəhərsalma sahəsində yeni statistik məlumat toplama sistemini işə salıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
85 yaşlı məşhur türk müğənninin son halı TƏCCÜBLƏNDİRDİ - FOTOlar
-
Güclü yağış bu tarixədək davam edəcək
-
“Hotel videoların əlimizdədir, 300 min dolları hesaba KÖÇÜR”
-
Konqolu nazir: Bakının şəhərsalma modelindən nümunə götürüləsi çox məqam var
-
"5 ildə Qarabağ və Şərqi Zəngəzurda bu layihələrə 14,7 milyard ABŞ dolları investisiya yatırılıb"
-
WUF13 çərçivəsində assambleyaların birgə açılış sessiyası başlayıb
XƏBƏR LENTİ
-
85 yaşlı məşhur türk müğənninin son halı TƏCCÜBLƏNDİRDİ - FOTOlar
-
Güclü yağış bu tarixədək davam edəcək
-
“Hotel videoların əlimizdədir, 300 min dolları hesaba KÖÇÜR”
-
İran ABŞ və İsraili yenə HƏDƏLƏDİ
-
Konqolu nazir: Bakının şəhərsalma modelindən nümunə götürüləsi çox məqam var
-
Kəbin zamanı gəlin məhr olaraq ərindən İtaliyada VİLLA İSTƏDİ - VİDEO
-
"5 ildə Qarabağ və Şərqi Zəngəzurda bu layihələrə 14,7 milyard ABŞ dolları investisiya yatırılıb"
-
WUF13 çərçivəsində assambleyaların birgə açılış sessiyası başlayıb
-
Kenan Yıldız anası ilə - VİDEO
-
Türk futbolçu Ronaldonun arzusunu gözündə qoydu - Mükafatlandırma mərasiminə QATILMADI
-
Prezident Deryageldi Orazovu qəbul edib - FOTO
-
İlham Əliyev Kasım-Jomart Tokayevə zəng edib
-
Əməkdar artist əməliyyat olunacaq
-
WUF13 şəhərsalma və mənzil sahəsində əməkdaşlıq üçün mühüm platformadır - Qabonlu nazir
-
"Şrek" bu kişidən ilhamlanaraq yaradılıb - FOTOlar
-
“O geyimimə görə atam mənimlə 2 il DANIŞMADI"
-
Dünyada hər 4 nəfərdən biri gecəqonduda yaşayır - BMT-dən şok STATİSTİKA
-
Azərbaycada "yaşıl sahələr" 13 faizdən təxminən 38 faizə yüksəlib - Anar Quliyev
-
ÜST 2 ölkədə fövqəladə vəziyyət elan etdi
-
AZAL Naxçıvan reyslərini bərpa etdi
-
İlham Əliyev Keniya Prezidentini ilə görüşüb - FOTO
-
Azərbaycan davamlı şəhərsalmanın müzakirəsi üçün mühüm platforma yaradıb - Kuala-Lumpur meri
-
Dünyanın ən yaşlı iti öldü
-
Anar Quliyev: Qarabağ və Şərqi Zəngəzurda innovativ investisiyalar dayanıqlı iqtisadi inkişafı sürətləndirəcək





