Ölkə

Azərbaycada "yaşıl sahələr" 13 faizdən təxminən 38 faizə yüksəlib - Anar Quliyev

17 May 2026 10:43
Baxış: 380
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycanda "yaşıl sahələr"in payı 13 faizdən təxminən 38 faizə qədər artıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev WUF13 çərçivəsində Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısında deyib.
O
"Bu istiqamətdə aparılan işlərin davamı olaraq Azərbaycan BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat), Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) və Baku Climate and Peace Hub ilə birlikdə WUF13 çərçivəsində "Smart Sustainable Settlements" adlı təhlükəsiz qayıdış paketi təşəbbüsünü başlatmağı planlaşdırır", - deyə o bildirib.

Onun sözlərinə görə, layihə beynəlxalq səviyyədə qəbul olunmuş dayanıqlı bərpa və yenidənqurma standartlarının tətbiqinə dəstək verməyi hədəfləyir.

A. Quliyev qeyd edib ki, Azərbaycan dayanıqlı yenidənqurma, iqlimə həssas planlaşdırma, rəqəmsal transformasiya və inklüziv ərazi inkişafı vasitəsilə qlobal müzakirələrə töhfə vermək niyyətindədir.

"Azərbaycan BMT-nin Məskunlaşma Proqramı ilə tərəfdaşlığı yüksək qiymətləndirir və şəhərlərin qlobal inkişaf və iqlim həllərinin mərkəzində qalması üçün əməkdaşlığın gücləndirilməsinə sadiqdir", - deyə o vurğulayıb.
O, çıxışının sonunda WUF13 iştirakçılarına məhsuldar müzakirələr və uğurlu tədbir arzulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.