Ölkə

Bu ildən “Baku Urban Award” adlı yeni mükafat təsis edilir

17 May 2026 10:09
Baxış: 353
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bu ildən etibarən "Baku Urban Award" adlı yeni mükafat da təsis edilir. Gələcək Dünya Şəhərsalma forumları çərçivəsində həmin mükafatın təqdimetmə mərasimlərinin keçirilməsi nəzərdə tutulur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə jurnalistlərə açıqlamasında Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.

Anar Quliyev qeyd edib ki, nazirlərin iclası da ilk dəfə fərqli formatda təşkil olunacaq və bunun üçün ayrıca xüsusi məkan ayrılıb. Bundan əlavə, forum çərçivəsində digər yeniliklər və müzakirə platformaları iştirakçılara təqdim ediləcək.

"Bu gün Bakı dünyanın müxtəlif ölkələrindən gələn qonaqları qəbul etməyə, şəhərsalma və urbanizasiya sahəsində ən aktual məsələlərin müzakirəsi üçün əlverişli şərait yaratmağa hazırdır. Eyni zamanda, Azərbaycanda, xüsusilə Bakıda həyata keçirilən layihələr və görülən işlər barədə də qonaqlara ətraflı məlumat veriləcək", - deyə Komitə sədri əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.