Ölkə

“Nestle”nin uyğunsuzluq aşkarlanan uşaq qidaları Azərbaycana idxal edilməyib

7 Yanvar 2026 15:31
Baxış: 420
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Nestle" şirkəti tərəfindən körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş bəzi qida məhsulları ilə bağlı ehtiyat tədbiri xarakterli geriçağırma qərarı qəbul edilib.

Bu barədə Milli.Az-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, Avstriya, Danimarka, Finlandiya, Almaniya, İrlandiya, İtaliya, İsveçrə və Birləşmiş Krallıq ərazilərində "SMA", "BEBA", "ALFAMINO", "Pre NAN" və bir neçə digər ticarət nişanı altında istehsal olunan məhsulların müəyyən partiyaları dövriyyədən geri çağrılıb.

Qeyd edilib ki, buna səbəb istehsal prosesi zamanı məhsulların "Bacillus cereus" bakteriyası mənşəli "Sereulid" toksini ilə çirklənmə ehtimalıdır.

"Dünya ölkələri üzrə hazırkı məlumatlara əsasən, ümumilikdə geri çağrılmış 123 məhsul partiyası Azərbaycan Respublikasının ərazisinə idxal edilməyib: "Ehtiyat tədbiri olaraq "Nestle" şirkəti tərəfindən istehsal edilən və hazırda ölkə ərazisində satışda olan digər məhsul partiyalarından nümunələr götürülərək həmin göstərici üzrə müayinələrə cəlb edilib. Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək", - məlumatda qeyd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.