Ölkə

Sabiq nazir dövlətə olan 2 milyon manatdan artıq borcunu ödəyib

6 Yanvar 2026 10:10
Baxış: 875
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus "Improtex Group"a daxil olan şirkətlərdən biri olan "İmprotex Industries" MMC külli miqdarda vergi borcunu ödəyib.

Milli.Az Teleqraf-a istinadən xəbər verir ki, "İmprotex Industries" MMC 2 milyon 223 min manat məbləğində vergi borcunu tam şəkildə dövlət büdcəsinə köçürüb.

Bildirək ki, şirkətin qanuni təmsilçisi sabiq nazirin qardaşı oğlu Ruslan Ələkbərovdur.

Qeyd edək ki, "Improtex" qrupu 1991-ci ildə yaradılıb. Füzuli Ələkbərovun nazir vəzifəsində çalışdığı dövrdə holdinqə onun həyat yoldaşı İradə Ələkbərova rəhbərlik edib.

Hazırda şirkətlər qrupuna "İmprotex Trucks & Buses", "İmprotex Industries", "İmprotex Motors" və "Imagro" kimi törəmə şirkətlər daxildir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.