Ölkə

“Yanımızda xəstəxana ola-ola ora getdik”

5 Yanvar 2026 00:07
Baxış: 1 033
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Övladının xəstəliyinə görə Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət edən ana orada həkim tapmadığını iddia edir.

Milli.Az xəbər verir ki, rayon sakini Bahar Cəfərova uşağının səhhətində yaranan problemlə bağlı mərkəzi xəstəxanaya müraciət edib.

O qeyd edib ki, bazar günü olduğu üçün xəstəxananın giriş qapıları bağlı olub, həkim tapa bilməyib:

"Uşağın qızdırması olmadığı üçün Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının "Qara Qarayev" və ya "20 Yanvar" filiallarına yönləndirdilər. Yanımızda bu boyda xəstəxana ola-ola ora getdik".

Abşeron Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, vətəndaşın müraciəti bazar gününə təsadüf etdiyindən xəstəxanada yalnız təcili tibbi yardım şöbəsi fəaliyyət göstərib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.