Bu bağçada uşaqlara keyfiyyətsiz ət verilir? - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
32 saylı uşaq bağçasında istifadə olunan ət məhsullarında xoşagəlməz qoxu müşahidə olunub.
Milli.Az xəbər verir ki, bu barədə görüntüləri Ajans.az paylaşıb.
Bağçada çalışan aşpazlar iddia ediblər ki, paltarlarını ayaqyolunda dəyişməyə məcbur olunurlar. Bu da ciddi gigiyena qaydasının pozulmasıdır.
Onların sözlərinə görə, ət və ət məhsullarını müqavilə əsasında bağçaya gətirən "Depot" MMC-yə məsələ ilə bağlı səsli mesajlar və videogörüntülər göndərilib, tədbir görülməsi xahiş edilib. Eyni zamanda bağça rəhbərliyi məlumatlandırılsa da, iddialara əsasən, hər hansı tədbir görülməyib.
Valideynlər bağçada təqdim olunan ətin keyfiyyəti və təhlükəsizliyi ilə bağlı narahatlıqlarını ifadə edərək məsələni Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) bildiriblər. Məlumata görə, AQTA nümayəndələri bir həftə əvvəl bağçada yoxlama aparıb və ət məhsullarından nümunələr götürülərək laborator analizə göndərilib.
Valideynlər uşaqların sağlamlığına potensial təhlükə yarada biləcək bu məsələ ilə bağlı indiyədək heç bir tədbirin görülməməsindən narahat olduqlarını vurğulayıb.
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Qafqazinfo"nun sorğusuna cavab olaraq 32 saylı bağçada yoxlama keçirildiyi bildirilib:
"Daxil olan müraciət əsasında Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi 22 ünvanında yerləşən 32 saylı bağçada Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib.
Baxış zamanı bağçada istifadə olunan ət məhsullarının həftəlik olaraq "Qubadoğlu" MMC-yə məxsus kəsimxanadan baytarlıq ekspertizasından keçirilərək müvafiq sənədlər əsasında gətirildiyi, qida məhsullarının "El-Oba" MMC tərəfindən təmin olunduğu, ümumi nəzarətin isə "Depot" MMC tərəfindən həyata keçirildiyi məlum olub.
Eyni zamanda qida blokuna baxış zamanı məhsulların temperatur rejiminə, mal qonşuluğuna və istifadəyə yararlılıq müddətlərinə əməl olunduğu, istehlaka təqdim edilən çiy mal ətindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində isə hər hansı uyğunsuzluğun aşkar olunmadığı müəyyən edilib. Nəzarət tədbirləri davam edir".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
30 illik işğaldan tam suverenliyə - Prezident İlham Əliyevin böyük Zəfəri
-
Nərgiz Rüstəmovaya yüksək vəzifə verildi
-
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar təhlükəlidir? - (Video)
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
-
Rusiyada uşaqlara Burak adını verirlər
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
XƏBƏR LENTİ
-
Azərbaycanda 90 məktəblə bağlı qərar verildi
-
30 illik işğaldan tam suverenliyə - Prezident İlham Əliyevin böyük Zəfəri
-
Bundesliqa: “Bavariya” darmadağınla qalib gəldi
-
Nərgiz Rüstəmovaya yüksək vəzifə verildi
-
Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
-
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar təhlükəlidir? - (Video)
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
-
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
-
Rusiyada uşaqlara Burak adını verirlər
-
Əl ilə yazmaq yaddaşı gücləndirir
-
Toyuğun döşü, yoxsa budu daha faydalıdır?
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının qala-açılış konserti keçirilib - (Foto)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Qarabağda sülh və suverenlik: Azərbaycan Ordusunun 2023-cü il antiterror əməliyyatı
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır





