Ölkə

Xəstə uşağın görüntülərini paylaşıb 10 min manat yığmışdı, həmin pul ailəyə verildi - FOTO

14 Noyabr 2025 17:26
Baxış: 494
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakı şəhəri, Xəzər rayon sakini Mirvari Turabovanın səhhətində problem olan övladının görüntülərini ondan xəbərsiz paylaşaraq ianə toplayan şəxs polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində saxlanıldıqdan sonra toplanmış vəsait ailəyə verilib.

Milli.Az xəbər verir ki, təqsirləndirilən şəxsin azyaşlının görüntülərindən istifadə etməklə topladığı 10 min manat uşağın ailəsinə təqdim edilib.

Qeyd edək ki, əməli törətməkdə şübhəli bilinən, 2002-ci il təvəllüdlü Feyruz Qəhrəmanovun yaratdığı sosial şəbəkə səhifəsində yerləşdirdiyi bank hesabına müxtəlif şəxslər tərəfindən 10 min manata yaxın ianə köçürülmüşdü.(Oxu.Az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.