Ölkə

Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrinə Zəfər sovqatı təqdim edib - FOTO

12 Noyabr 2025 15:50
Baxış: 449
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Zəfər Günü xalqımızın şərəf və qürur günüdür. Bu tarixi gün münasibətilə Yelo Bank II Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələrinə dəstək məqsədilə Xocavənd rayonunda sosial aksiya həyata keçirdi.

Aksiya çərçivəsində Qızıl Aypara Cəmiyyəti ilə birgə şəhid analarını ziyarət edərək, onlara bayram payı təqdim edilib. Bu təşəbbüs, Bankın sosial məsuliyyət strategiyasının bir hissəsi olaraq, şəhid ailələrinin hər zaman xalqımızın yaddaşında və qəlbində xüsusi yer tutduğunu bir daha vurğulayır.

Şəhidlərimizin ailələrinə dəstək göstərmək, onların yanında olmaq və bayram sevincini bölüşmək hər birimizin borcudur. Bu gün doğma torpaqlarımızda bayramı qeyd edə bilmək, qəhrəmanlarımızın fədakarlığı sayəsində mümkün olub.

Zəfərimizin 5-ci ilində bütün xalqımızı ürəkdən təbrik edirik!

Bank kredit təklifləri ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank - Parlaq bankçılıq!

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.