Ölkə

Məktəblərdə işə qəbul başlayır - Şəhid və veteran ailə üzvü olanlar nəzərə alınacaq

23 Sentyabr 2025 16:18
Baxış: 338
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində laborant vəzifəsinə işə qəbul müsahibəsi başlayır.  

Milli.Az xəbər verir ki, 24 sentyabr 2025-ci il tarixindən start veriləcək müsahibə mərhələli şəkildə həyata keçiriləcək.

İlkin mərhələdə qeyd edilən vəzifə üzrə ixtisası, təhsil səviyyəsi, həmin sahədə iş təcrübəsi, şəhid və müharibə veteranı ailə üzvü olması nəzərə alınmaqla seçilmiş namizədlər müsahibəyə dəvət edilib. 

Müsahibənin keçiriləcəyi məkan və vaxt barədə məlumat namizədlərin qeydiyyatdan keçdikləri mobil nömrəyə SMS vasitəsilə göndərilib.

Müsahibə zamanı namizədlərin bilik və peşəkar keyfiyyətləri müvafiq komissiya tərəfindən qiymətləndiriləcək.
Müsahibənin nəticələri barədə namizədlərə qeydiyyatdan keçdikləri mobil nömrəyə SMS vasitəsilə məlumat veriləcək. 

Uğur qazanmış namizədlərin yerləşdirilməsi aşağıdakı meyarların ardıcıllığına uyğun həyata keçiriləcək:

- Şəhid və müharibə veteranı ailə üzvləri
- Müvafiq vəzifəyə uyğun ixtisas (ali, orta ixtisas)
- Təhsil səviyyəsi 
- Pedaqoji və laboratoriya sahəsində iş stajının olması. 

Uğurla keçən, lakin yerləşdirilməyən namizədlər ehtiyat kadr bazası siyahısına daxil ediləcək. Ehtiyat kadr bazasına daxil olan şəxslərin vakant vəzifəyə yerləşdirilməsi iki il ərzində həyata keçirilə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.