Formula 1 bu gün start götürür - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Bakının sayca doqquzuncu dəfə ev sahibliyi edəcəyi Formula 1 Azərbaycan Qran-prisinə start verilir.
Milli.Az xəbər verir ki, 10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir.
Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hemilton, Fernando Alonso, Maks Ferstappen, Şarl Lekler və digərləri yarışacaqlar.
Formula 1 təqvimindəki ən uzun treklərdən sayılan Bakı trasının 20 döngəsi var. Azadlıq meydanından başlayan trek Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2,2 kilometr dairə edir və Neftçilər prospektinə çıxaraq başlanğıc yerində başa çatır. 51 dövrədən ibarət trekin ən geniş yeri 13, ən dar hissəsi trekin İçərişəhər ətrafında olan bölmələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Saat əqrəbi istiqamətinin əksinə hərəkət edən trek məşhur almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb.
Yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçıları UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilmiş İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni görəcəklər.
Yarışın start və finiş xətləri Azadlıq meydanında olacaq. Burada, həmçinin "Paddok klub", komandaların boksları və pit-leyn qurulub.
Yarışın ilk günündə Formula 1 və Formula 2 üzrə sərbəst yürüş və sıralama turu təşkil olunacaq. Sentyabrın 20-də Formula 1 üzrə sərbəst yürüşlər, Formula 2 üzrə sprint yarışı keçiriləcək. Nəhayət, sonuncu gün - ayın 21-də əsas yarış baş tutacaq.
Saat 12:30-da isə diqqətlər "Formula 1" sürücülərinə yönələcək. Onlar bir saatlıq ilk sərbəst yürüşdə Bakının çətin trasında, xüsusilə də dar 90 dərəcəlik döngələrdə və yeni asfalt örtüklü hissələrdə "Pirelli" təkərlərinin davranışını sınaqdan keçirəcəklər. Toplanacaq məlumatlar mühəndislər üçün yarış strategiyasının qurulmasında həlledici olacaq.
Günün ikinci yarısında "Formula 2" sürücüləri 14:00-da sıralanma turuna çıxacaq və həm sprint, həm də əsas yarış üçün start düzümünü müəyyən edəcəklər. Ardınca, saat 16:00-da "Formula 1" pilotları ikinci sərbəst yürüşdə səhərdən başlayan işlərini davam etdirəcək və sürət limitlərini daha da irəli çəkməyə çalışacaqlar.
Axşam isə azarkeşləri böyük musiqi şousu gözləyir. Elektron musiqinin ən futuristik adlarından biri olan Anyma, Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 proqramı çərçivəsində Bakı Kristal Zalında səhnəyə çıxacaq. O, tamaşaçılara reallıqla fantaziyanın sərhədlərini pozan unikal audiovizual performans təqdim edəcək. Anyma-nın çıxışı texnologiya, işıq və musiqinin birləşdiyi unudulmaz bir səyahət vəd edir. Qeyd edək ki, onun şouları artıq "Tomorrowland" və "Coachella" kimi dünyanın ən nüfuzlu festivallarında milyonlarla tamaşaçını valeh edib.
Qeyd edək ki, Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzlu avtoidman yarışına ev sahibliyi edir. Ölkəmizdə təşkil olunan ilk Formula 1 yarışı Avropa Qran-Prisi adlandırılıb. Həmin yarışda almaniyalı Niko Rosberq birinci olub. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Luis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika), Maks Ferstappen (Niderland) və Oskar Piastri (Avstraliya) bütün rəqiblərini qabaqlayaraq podiumun ən yüksək pilləsinə qalxıblar. Yalnız 2020-ci ildə Azərbaycan Qran-Prisi koronovirus pandemiyası səbəbindən keçirilməyib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ermənistanda hərbi qulluqçu əsgər yoldaşını öldürdü
-
"Sabah" - "Hapoel" oyununun hakimləri müəyyənləşdi
-
Prezident: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur
-
İlham Əliyev: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir
-
Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub - (Foto)
-
Prezident İlham Əliyev: Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir
-
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib
-
Fransalı futbolçu Kastello Lukeba "Barselona"ya keçə bilər
-
Prezident İlham Əliyev: Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var
-
Prezident İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd edib
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub
-
Prezident: Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur
-
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - (Foto)
-
Avropa çempionatı: Azərbaycanın voleybol millisi növbəti qələbəsini qazanıb
-
Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
-
Avropa çempionatı: Belçika millisi Bakıdakı ikinci oyunda da qələbə qazanıb
-
Əbədi dostluqdan böyük geosiyasətə: Azərbaycan və Özbəkistan regionun xəritəsini dəyişir
-
"Formula 1" üzrə Niderland Qran-prisinin qalibi bəlli olub
-
Bu şəhərdə temperatur 46 dərəcəyə yüksəldi
-
Daşkənddə Azərbaycanın və Özbəkistanın birinci xanımlarının çay masası əsnasında təkbətək görüşü olub - (Foto - Video)
-
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - (Foto - Video)
-
Noyer yeni rekorda imza atdı
-
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib - (Foto - Video)
-
İsmayıllıda iki maşın toqquşdu - Xəsarət alanlar var





