Kamaləddin Qafarov: “Azərbaycan Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına çalışır”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Ölkə Prezidenti cənab İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına verdiyi müsahibəsində bir daha açıq mətnlə bəyan etdi ki, avqustun 8-də Vaşinqtonda imzalanmış sənədlər, əldə olunan razılaşmalar Azərbaycan ilə Ermənistan arasında qarşıdurmanın və gərginliyin sonu, bütün Cənubi Qafqazda davamlı sülhün bərqərar olması deməkdir. Diqqətəlayiq haldır ki, Ağ Evdə paraflanmış sülh sazişinin mətni də Ermənistan-Azərbaycan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğu barədə məhz Azərbaycanın baxışına əsaslanır."
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Onun fikrincə, rəsmi İrəvan ölkə rəhbərliyi tərəfindən imzalanmış sənədlərin icrasından imtina edərsə, bu, Ermənistan üçün çox pis nəticələrə gətirib çıxara biləcək tarixi səhv olar: "Azərbaycan 2020-ci ildə öz legitim hüququndan istifadə edərək apardığı 44 günlük Vətən müharibəsi nəticəsində 30 illik işğala son qoydu, beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü bərpa etdi. Bu reallıq hazırda qlobal miqyasda bütün dünyada tanınıb və qəbul edilib. Bu o deməkdir ki, istənilən halda Azərbaycan-Ermənistan münaqişəsi başa çatıb. Sülh sazişinin imzalanması isə faktiki olaraq bu vəziyyətin rəsmiləşdirilməsi və regionda yeni, quruculuq və inkişafı ehtiva edən dövrün başlanması üçün lazımdır. Məhz buna görə Azərbaycan müharibədən dərhal sonra Ermənistanla sülh prosesinə başlamağı təklif etdi vədanışıqlar formatının təşəbbüskarı oldu. Məhz Azərbaycan sülh sazişinin layihəsini təqdim etdi. Dövlətimizin başçısının müsahibəsində qeyd olunduğu kimi, bir neçə il davam edən edən danışıqlar nəhayət, Vaşinqtonda ABŞ Prezidentinin və onun komandasının böyük dəstəyi ilə başa çatdı. Bu gün formal olaraq sülh sazişinin imzalanmamasının yeganə əsas səbəbi Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü hələ də şübhə altına alan müddəanın mövcudluğudur. Sülh sazişinin paraflanması ilə Ermənistan həmin müddəaya dəyişiklik edəcəyinə dair öhdəlik götürmüş olub. Bu prosesi təkcə ABŞ deyil, bütün beynəlxalq ictimaiyyət, Avropa İttifaqı, Türkiyə və ərəb dünyası da dəstəkləyib. Sülh sazişinin imzalanması həm Cənubi Qafqaz regionu, həm də daha geniş mənada Avrasiya məkanı ölkələri üçün tamamilə yeni imkanlar açır.Bundan sonra Ermənistanın geri addım atacağı əlbəttə ki, inandırıcı görünmür. Lakin bu baş verərsə, nəticələr Ermənistanın özü üçün çox pis ola bilər. İlk növbədə bu, Ermənistan ilə ABŞ arasındakı münasibətləri ciddi şəkildə pisləşdirər. Eyni zamanda da, cənab Prezidentin dediyi kimi, razılaşmanı pozmaq bütün dünyaya qarşı çıxmaq deməkdir və rəsmi İrəvan bundan ancaq zərər görə bilər. Vaşinqtonda imzalanan sənəd isə Ermənistan üçün sülhə və sabit inkişafa yeganə zəmanətdir."
Kamaləddin Qafarov Suriya-İsrail münasibətləri ilə bağlı cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin əhəmiyyətini vurğulayaraq deyib: "Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzu, qlobal proseslərə təsir imkanlarının artması təbii ki, beynəlxalq ictimaiyyətin diqqətindən yayınmır. Azərbaycanın Suriya ilə İsrail arasında normallaşmanın əldə olunması prosesində oynadığı rola dair "Əl-Ərəbiyyə" müxbirinin verdiyi suallar da bunu bir daha təsdiq edir. Məlumdur ki, bu iki ölkənin rəsmiləri arasında danışıqlar məhz Azərbaycanın vasitəçiliyi ilə baş tutdu. Hər zaman ölkəmizin sülhsevər mövqelərdən çıxış etdiyini vurğulayan cənab Prezident İlham Əliyevbir daha bəyan etdi ki, Azərbaycan öz ətrafında sülhün olmasını istəyir. Dövlətimizin də məqsədi yalnız normallaşma prosesinə və İsrail ilə Suriya arasında proqnozlaşdırıla bilən vəziyyət yaratmağa kömək etməkdən ibarət idi. Suriyanın birliyi və ərazi bütövlüyü hər hansı münasibətlər üçün bir nömrəli ilkin şərtdir.Azərbaycan uzun illər ərazi bütövlüyünün pozulmasından əziyyət çəkən bir ölkə olaraq bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir. Beləliklə, Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin şaxələndirilmiş istiqamətləri Azərbaycana qlobal hadisələrin mərkəzində olmaq və onların gedişini bəzi həlledici məqamlarda düzgün istiqamətləndirmək imkanları verir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Naftalanda 3 məktəblini maşın vurub
-
Qətlə yetirilən Gülarənin atası - “Ayxan 2 ay idi gecələr yatmırdı” - (Foto)
-
Şuşa, mənim vətənim və uşaqlığım: həyat, xatirə hekayəsi və sülh mesajı
-
Azərbaycanda oğul ondan "nə vaxt evlənirsən" soruşan anasını döydü - Detallar
-
Bəhramtəpə Hidroqovşağında təmir işləri su təchizatına təsir göstərməyəcək - Açıqlama
-
80 yaşlı Ajda Pekkanın son halı müzakirə yaratdı (Video)
XƏBƏR LENTİ
-
Naftalanda 3 məktəblini maşın vurub
-
Qətlə yetirilən Gülarənin atası - “Ayxan 2 ay idi gecələr yatmırdı” - (Foto)
-
Şuşa, mənim vətənim və uşaqlığım: həyat, xatirə hekayəsi və sülh mesajı
-
Azərbaycanda oğul ondan "nə vaxt evlənirsən" soruşan anasını döydü - Detallar
-
Allergiyanın arxasında başqa səbəb dayana bilər - Tədqiqatçılardan yeni nəzəriyyə
-
Bəhramtəpə Hidroqovşağında təmir işləri su təchizatına təsir göstərməyəcək - Açıqlama
-
80 yaşlı Ajda Pekkanın son halı müzakirə yaratdı (Video)
-
Uşağın aqressiv davranışının arxasında hansı səbəblər dayanır? - Müsahibə
-
Qəza dayanma nişanı hansı məsafədə qoyulmalıdır?
-
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib - (Video)
-
“Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışının qalibləri müəyyənləşib
-
Samir Piriyevin xanımı ilə maraqlı görüntüsü - (Video)
-
Bakıda avtoxuliqanlıq edən sürücü həbs edildi - (Video)
-
Bakıda və rayonlarda hava dəyişir - Yağış, qar və sel xəbərdarlığı
-
Elton Hüseynəliyevin ailəsində xeyir iş
-
Arda Gülərin yeni maaşı bəlli oldu – Kəskin artdı
-
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Alimlər Ay torpağında ilk dəfə kartof yetişdirdilər
-
Aktrisa Dilara: "Estetikim yoxdur, botoks etdirmirəm, özümü gözəl hesab etmirəm”
-
İtkinlər məsələsində ikili yanaşma: Qırmızı Xaçın fəaliyyəti sual altında
-
Bakıda yeni avtobus marşrutu yaradılır
-
İrəvandakı konfransın əsl məqsədi: Ermənistan nədən yayınmağa çalışır?
-
4 010 azərbaycanlının taleyi niyə gizli saxlanılır?
-
Sərxan Kərəmoğlu: "Yazırlar ki, Allah sənə ölümün tezini nəsib eləsin, tez gedəsən"





