Ölkə

Azərbaycanda tələbələrin 50 faizi təqaüd alır

25 İyul 2025 13:35
Baxış: 383
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Azərbaycanda tələbələrin təxminən 50 faizi təqaüd alır. Bu göstərici peşə təhsilini, orta ixtisas təhsili və ali təhsili əhatə edir".

Milli.Az modern.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli deyib.

O bildirib ki, sonuncu dəfə 2023-cü ildə bütün təhsil pillələri üzrə tələbələrin təqaüdləri artırılmışdı:

"Prezident İlham Əliyevin dünən imzaladığı Sərəncam tələbələrin sosial rifahının yaxşılaşdırılması, onların təhsil imkanlarının genişləndirilməsi, təhsilə əlçatanlığın artırılması istiqamətində atılan mühüm addımlardan biridir. Bu qərardan sonra tələbələrimiz daha yaxşı təqaüd almış olacaqlar".

N.Məmmədli qeyd edib ki, təqaüdlər yeni tədris ilində sentyabr ayından tələbələrə veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.