Ölkə

Bakıda çılpaq gəzən gənc saxlanıldı - FOTO

18 İyul 2025 10:22
Baxış: 1 439
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakı şəhər Sabunçu rayonu ərazisində çılpaq vəziyyətdə əxlaqsız hərəkətlər edən şəxs məsuliyyətə cəlb edilib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə Bilgəh qəsəbəsində - Dənizkənarı magistral yolda baş verib.

Gənc oğlan tamamilə lüt vəziyyətdə qeyri-etik hərəkətlər edərək vətəndaşların narahatlığına səbəb olduğuna görə saxlanılıb.

Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinə aparılan şəxsin Salyan rayon sakini olan və paytaxtın Binəqədi rayonunda yaşayan 1997-ci il təvəllüdlü S.Səlimov (şərti) olması müəyyən edilib.

Respublika Narkoloji Mərkəzinin Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən onun narkotik vasitə qəbul etməsi məlum olub.

Saxlanılan şəxs uzun müddətdir restoranda aşpaz işlədiyini, hadisədən əvvəl istirahət mərkəzində kokteyl içdiyini və bundan sonra özünə nəzarəti itirdiyini deyib.

Barəsində İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə protokol tərtib edilən gənc Sabunçu Rayon Məhkəməsinə aparılıb. O, 300 manat cərimə edilərək sərbəst buraxılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.